BMT də Azərbaycanın işgəncələrə qarşı beynəlxalq müqavilələrə sadiqliyi diqqətə çatdırılıb
Azxeber.com saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya və digər aidiyyəti beynəlxalq müqavilələr üzrə öhdəliklərinə sadiqdir.
Bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının üçüncü komitəsinin işgəncələrə qarşı komitənin və işgəncələrin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə alt komitənin sədrləri ilə interaktiv dialoq zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin birinci katibi Şəhriyar Hacıyev deyib.
Birinci katib qeyd edib ki, Azərbaycanda işgəncələrin qarşısının alınmasının mühüm sütunları kimi insan hüquqları üzrə təlimlər və maarifləndirmə tədbirləri hüquq-mühafizə orqanlarının müxtəlif bölmələri üçün mütəmadi olaraq həyata keçirilir.
"Azərbaycan öz milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq keçmiş münaqişə zamanı törədilmiş ağır cinayətləri, xüsusən də mülki şəxslərə və digər müdafiə olunan şəxslərə qarşı işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarla bağlı cinayətləri istintaq etmək və cinayət təqibini həyata keçirmək üçün qətiyyətli addımlar atıb", - diplomat vurğulayıb.
"Sonda qeyd edim ki, cəzasızlıqla mübarizə əsl barışığa aparan yolun mühüm tərkib hissəsidir və eyni zamanda, dəhşətli əməllərin, xüsusən də işgəncə və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı əhatə edən əməllərin təkrarlanmasının qarşısını almağa kömək edir", - Ş. Hacıyev bildirib.
///report///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 16 Oktyabr 2026 08:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















