Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələr diqqətə çatdırılıb
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
Bakıda “ASAN xidmət”in və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə keçirilən “BMT İdarəetmə İnnovasiyaları Sammiti: Gələcəyə Hazır Təsisatların İnkişafı” adlı beynəlxalq sammit 2-ci günündə müxtəlif sessiyalarla davam edir.
AZƏRTAC xəbər verir ki, əsas diqqət strateji müzakirələrin praktiki yanaşmalara və birgə həll yollarına çevrilməsinə yönəlir. Ölkələrin təcrübələri və idarəetmə innovasiyaları sahəsində əldə olunan nəticələr əsasında institusional islahatların, texnoloji yeniliklərin, liderlik yanaşmalarının, potensialın gücləndirilməsinin və sektorlararası tərəfdaşlığın dövlət sektorunun fəaliyyətinin səmərəliliyinin artırılmasında rolu nəzərdən keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Məhəmmədəli Xudaverdiyev “Təcrübə mübadiləsinin təşviqi: BMT-nin çoxşaxəli təşəbbüsündən əldə olunan təcrübələr və perspektivlər” adlı xüsusi sessiyada dövlət xidmətlərinin vahid, çoxkanallı model əsasında təkmilləşdirilməsi və bu sahədə Azərbaycanın BMT ilə əməkdaşlığı çərçivəsində əldə olunan təcrübələri diqqətə çatdırıb.
Sammitin səkkizinci sessiyasında “İdarəetmə innovasiyalarına və qabaqlayıcı idarəetməyə ənənəvi yanaşmaların tənqidi təhlili” mövzusunda interaktiv müzakirə keçirilib. Azərbaycanı, Meksikanı, Mavritaniyanı, Banqladeşi, Lesotonu təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyində institusional islahatların və texnoloji innovasiyaların rolu, eləcə də bu istiqamətlər arasında düzgün ardıcıllığın müəyyənləşdirilməsi məsələləri müzakirə olunub.
Doqquzuncu sessiyada “Gələcəyin dövlət sektorunun formalaşdırılması: transformasiya strategiyaları, potensial və zəruri şərtlər” mövzusunda müzakirələr olub. Qabon Respublikasını, Sent-Vinsent və Qrenadinləri, Somalini, Sudanı, Uqandanı, Syerra-Leoni təmsil edən nümayəndələrin iştirakı ilə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, strateji planlaşdırma və insan resurslarının inkişafı məsələləri müzakirə olunub.
Müxbirlər - Günel Türksoy, Nailə Həsənova
Fotoqraf - Səfiyar Məcnun
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:29
Bu xəbər 06 Noyabr 2026 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















