Icma.az
close
up
RU
BMT də də savaş başladı: ABŞ yenə Rusiyanı seçdi

BMT də də savaş başladı: ABŞ yenə Rusiyanı seçdi

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ cümə günü BMT-də Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin 3-cü ili münasibətilə yeni qətnamə layihəsi təklif edib.

Globalinfo.az xəbər verir ki, Vaşinqtonun hazırladığı qətnamədə müharibədə həyatını itirənlərlə bağlı təəssüf hissi qeyd olunub. Ən diqqət çəkən məqam isə qətnamədə müharibənin tez bitirilməsinə edilən çağırış olub.

Rusiya isə öz növbəsində ABŞ-dən qətnamədə kiçik dəyişiklik edilməsini təklif edib. Moskva buraya “konfliktin əsas səbəblərini aradan qaldırmaqla bitirilməsi” ifadəsinin daxil edilməsini istəyib.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-nin qətnaməsini yaxşı addım adlandırıb. “Röyters”ə anonimliyinin qalması şərtiylə danışan rusiyalı diplomatlardan biri isə qətnamənin Baş Assambleyada qəbul olunacağı təqdirdə Moskvanın onun lehinə səs verəcəyini bildirib.

Lakin ABŞ qətnaməsi səsverməyə çıxarılmazdan əvvəl Ukrayna və Avropa Birliyinin qətnaməsi baxılmalıdır. Bu qətnaməni ölkələr ABŞ-nin təklifindən öncə hazırlayıblar və orada müharibənin BMT-nin nizamnaməsinə uyğun başa çatdırılması yer alıb. Bununla belə AB ölkələri və Ukraynanın hələlik ABŞ qətnaməsi ilə bağlı mövqeyinin necə olacağı açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynada başlatdığı işğalçı müharibədən sonra ABŞ daima Ukraynanın ərazi bütövlüyünü ehtiva edən qətnamələrə öncüllük edib. Trampın prezident olmasından sonra Vaşinqton açıq şəkildə Ukraynanı dəstəkləməkdən imtina edəcəyini açıqlayıb və Kiyevi təcili Rusiya ilə müharibəni dayandırmağa çağırıb.

Müharibə nəticəsində Ukraynanın 20 faiz ərazisi Rusiya tərəfindən işğal olunub. Moskva Ukraynanın Krım yarımadası, Donbas regionunun böyük qismi, Xerson vilayətinin bir qismini işğal altında saxlayır. Nəticədə bölgədən milyonlarla insan didərgin düşüb, həmçinin yalnız son müharibə nəticəsində 45 mindən çox ukraynalı həlak olub. Rusiya öz itkilərini açıqlamır, lakin bəzi mənbələri bu rəqəmin 90 min nəfər civarında olduğunu iddia edirlər.

Əliyar Xəlil
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Fevral 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see191

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see165

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see159

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see158

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri