Icma.az
close
up
RU
Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 noyabr, AZƏRTAC

Bu gün milli musiqi alətlərinə maraq yalnız uşaqlar və gənclərlə məhdudlaşmır. Təcrübəm göstərir ki, kamançada ifa etmək istəyənlər arasında orta və yaşlı nəslin nümayəndələri də var. Burada əsas məsələ yaş deyil, insanın musiqiyə həvəsi, marağı və öyrənmək istəyidir.

Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin müəllimi Azər Hacıbalayev deyib.

O bildirib ki, müxtəlif yaşlarda olan tələbələri ilə işləyib: “45 yaşlı tələbəm olub. O, qısa müddətdə böyük həvəs və səylə çalışaraq nəzərəçarpacaq nəticə əldə etmişdi. Digər tələbəm isə 71 yaşında idi. Fransada yaşayan, əslən Təbrizdən olan Əli müəllim kamança öyrənmək arzusu ilə mənə müraciət etmişdi. Məşğələlər zamanı gördüm ki, düzgün istiqamətləndirmə, həvəs və mütəmadi çalışma sayəsində yaşından asılı olmayaraq müəyyən nəticələr əldə etmək mümkündür”.

Müəllimin sözlərinə görə, bu nümunələr musiqi alətini öyrənmək üçün ilk növbədə istək və əzmin vacib olduğunu göstərir. Hər kəsin qavrama sürəti və fərdi imkanları fərqli olsa da, müəllimin düzgün yanaşması və tələbənin davamlı çalışması inkişaf üçün mühüm şərtlərdir.

“Kamançanın tədrisində ilk növbədə alətin düzgün tutulması, ifaçının oturuşu, əllərin və barmaqların mövqeyi, kamanın idarə olunması öyrədilməlidir. Bu ilkin vərdişlər sonrakı mərhələlərdə ifaçılıq texnikasının formalaşmasına birbaşa təsir göstərir. Şagirdin başlanğıcdan yanlış vərdişlər qazanması gələcəkdə onun ifa imkanlarını məhdudlaşdıra bilər.

Növbəti mərhələdə qammalar, etüdlər və müxtəlif texniki çalışmalar vasitəsilə barmaqların çevikliyi, intonasiya dəqiqliyi və kamanın idarə olunması inkişaf etdirilir. Daha sonra xalq mahnıları, rəqslər, muğamlar, rənglər və digər musiqi əsərləri üzərində işlənilir. Hər bir musiqi nümunəsi tələbənin həm texniki bacarıqlarının, həm də musiqi duyumunun inkişafına xidmət edir”, – deyə o vurğulayıb.

A.Hacıbalayev milli ifaçılıq ənənələrinin mənimsənilməsinin də xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan musiqisinin, o cümlədən muğamın özünəməxsus ifadə xüsusiyyətləri var. Kamança ifaçısı musiqinin xarakterinə uyğun səs çalarlarından, vibrasiyadan, frazalanmadan və emosional ifadə vasitələrindən düzgün istifadə etməyi bacarmalıdır. Eyni texniki üsul hər əsərdə eyni cür tətbiq edilmir; ifaçı əsərin məzmununu və üslubunu nəzərə almalıdır.

Müxbir – Günel Alıyeva

Foto – Xanlar Əlizadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:85
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Noyabr 2026 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri