BMT dən Nigeriyaya dəstək üçün 910 milyon dollar yardım çağırışı
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrə bölməsi tərəfindən həftəlik mətbuat konfransı keçirilib.
Görüşdə Yens Laerke diqqətəlayiq qiymətləndirmələr edib.
Laerke Nigeriya üçün də müraciət edib.
Nigeriya üçün "2025 Cavab Planı" üçün yardım çağırışı başlatdıqlarını ifadə edən Laerke, bu planın ölkənin şimal-şərq hissəsindəki Borno, Adamava və Yobe kimi münaqişə, iqlim böhranı və iqtisadi böhranların olduğu əyalətlərə yönəldiyini söyləyib.
Laerke, bu il ölkənin şimal-şərqində cəmi 3,6 milyon insana sağlamlıq xidmətləri, qida, su, kanalizasiya, gigiyena və digər xidmətlər göstərməyi hədəflədiklərini ifadə edərək, "Yardım çağırışında 910 milyon dollar məbləğində vəsait lazımdır",- deyə bildirib.
Qlobal maliyyələşdirmənin azaldığını xatırladan Laerke, Nigeriyanın müdaxilə planının həm də qıt resursların istifadəsində səmərəliliyin artırılması məqsədi daşıdığını qeyd edib.
Mövsüm
Aznews.az