Icma.az
close
up
RU
BMT: Əfqanıstanda zəlzələ qurbanları üçün 140 milyon dollar lazımdır

BMT: Əfqanıstanda zəlzələ qurbanları üçün 140 milyon dollar lazımdır

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 9 sentyabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatı çərşənbə axşamı Əfqanıstanın şərqində baş vermiş zəlzələlərdən zərər çəkmiş yarım milyon insana kömək etmək üçün 140 milyon dollar axtardığını bildirib və donorları Taliban hökuməti ilə bağlı hər hansı şübhələrdən imtina etməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, Əfqanıstanda avqustun 31-dən sentyabrın 1-nə keçən gecə baş vermiş son illərin ən güclü zəlzələsi nəticəsində 2200-dən çox insan həlak olub. Onun ardınca bir sıra güclü təkanlar baş verib. Zəlzələlər nəticəsində on minlərlə insan evsiz qalıb, bəziləri isə yeni sürüşmələrdən narahatdır.

BMT-nin Əfqanıstanda humanitar məsələlər üzrə koordinatoru İndrika Ratvattenin sözlərinə görə, yaxın həftələrdə gözlənilən daha aşağı temperaturlar ucqar dağlıq ərazilərdə sağ qalanlar üçün şəraiti çətinləşdirəcək, - deyə “Reuters” xəbər verir.

“Bu, beynəlxalq ictimaiyyətin onsuz da çox əziyyət çəkən əhali ilə dərin həmrəylik nümayiş etdirməsi üçün bir məqamdır. Hazırda insanların həyatı təhlükə altındadır. İki-üç həftədən sonra qış temperaturu bu yüksək dağlıq yaşayış məntəqələrinə çatacaq”, - deyə o, Cenevrədəki mətbuat konfransında bildirib.

BMT Əfqanıstandakı humanitar böhranı dünyada ən ciddi böhranlardan biri hesab edir, lakin ABŞ da daxil olmaqla, əsas donorlar tərəfindən maliyyələşmənin azalması səbəbindən keçən ildən bəri maliyyə vəsaiti 35 faiz azalıb. Ratvattenin sözlərinə görə, maliyyələşmənin azaldılması səbəbindən ucqar kəndlərə çıxışı təmin edəcək bir helikopter uçmaq imkanından məhrum olub.

Maliyyələşmənin azaldılmasının səbəbləri ilə bağlı suala cavab verən Ratvatte bunu bir neçə əlaqəli böhranla izah edib, lakin bir çox donorların Əfqanıstandakı Taliban hökumətinə qadınlara münasibətdə siyasətinə görə yardım göstərmək istəməməsini də xatırladıb.

Ümumdünya Səhiyyə Təşkilatı Taliban səlahiyyətlilərinə humanitar təşkilatların əməkdaşları olan əfqan qadınlara münasibətdə qoyulan məhdudiyyətləri aradan qaldırmağı və onlara kişilərin müşayiəti olmadan səyahət etmələrinə icazə vermək xahişi ilə müraciət edib. Ratvattenin sözlərinə görə, humanitar təşkilatların qadın əməkdaşlarının BMT qruplarına daxil edilməsi “problem” olaraq qalır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:221
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2025 18:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri