Almaniya ilk pilotsuz təyyarə alayı yaradır
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Almaniya Ukraynanın müharibədə əldə etdiyi döyüş təcrübəsindən yararlanaraq ilk pilotsuz təyyarə alayını formalaşdırır.
Bakıvaxtı.az xəbər verir ki, “Politico” qəzetinin hökumətin daxili sənədlərinə istinadən yaydığı məlumata görə, yeni hərbi bölmə geniş ərazilərdə kəşfiyyat aparmaq, düşmən mövqelərinə uzaqmənzilli zərbələr endirmək və rəqib dronlarla mübarizə aparmaq üçün nəzərdə tutulub.
Alay kiçik kəşfiyyat dronları, radioelektron maneə sistemləri və düşmən pilotsuz aparatlarını məhv etmək üçün xüsusi dronlarla təchiz ediləcək. Sənədlərdə 2 min kilometrədək məsafədə kəşfiyyat apara bilən aparatlara və Ukraynanın “Flamingo” raketinə də yer verilib.
Yeni alayın altı bölükdən ibarət olması planlaşdırılır. Onlardan biri Almaniya qüvvələrinin yaxınlığında kəşfiyyat aparacaq, digəri düşmən dronlarından müdafiəni təmin edəcək. Daha iki bölük düşmən xətlərinin arxasında əməliyyatlar həyata keçirəcək. Bundan başqa, uzaqmənzilli hədəflərin aşkarlanması və məhv edilməsi üçün “Dərin Zərbə” bölməsi yaradılacaq. Alayda yeni texnologiyaların sınaqdan keçirilməsi ilə məşğul olacaq ayrıca bölük də fəaliyyət göstərəcək.
Berlinin hesablamalarına görə, minlərlə dronun alınması üçün təxminən 150 milyon avro tələb olunur. Alınması nəzərdə tutulan avadanlıqlar arasında “Quantum Systems” şirkətinin “Vector” kəşfiyyat dronu, “Perennial Autonomy” şirkətinin “Bumblebee” hücum dronu, “Merops” dron tutma sistemi, “Raybird” kəşfiyyat dronu və “Hornet” hücum dronu var.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 24 Noyabr 2026 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















