Icma.az
close
up
RU
BMT İsrailin Qəzza zolağında apardığı savaşı soyqırımı xüsusiyyətlərinə uyğun adlandırdı...

BMT İsrailin Qəzza zolağında apardığı savaşı soyqırımı xüsusiyyətlərinə uyğun adlandırdı...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"İsrailin Qəzza zolağında apardığı müharibə soyqırımın xüsusiyyətlərinə uyğundur". 

Moderator.az "Əl-Cəzirə"yə istinadla xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının xüsusi komitəsi İsrail hakimiyyətini “aclıqdan müharibə üsulu kimi istifadə etməkdə” ittiham edərək bildirib.

Cümə axşamı dərc edilən hesabatda BMT-nin İsrail Təcrübələrini Araşdırma üzrə Xüsusi Komitəsi rəsmi Təl-Əvivi “aclıqdan müharibə üsulu kimi istifadə etməkdə” günahlandırıb və nəticədə “kütləvi mülki itkilər və fələstinlilərin həyatı üçün təhlükə yaradan şərait” yarandığını bildirib.

“Müharibənin əvvəlindən İsrail rəsmiləri fələstinliləri həyatlarını təmin etmək üçün lazım olan qida, su və yanacaq kimi ehtiyaclardan məhrum edən siyasəti açıq şəkildə dəstəkləyiblər. Bu bəyanatlar humanitar yardıma sistemli və qeyri-qanuni müdaxilə ilə yanaşı, İsrailin siyasi və hərbi qazanclar üçün həyati xilasetmə ləvazimatlarını alətə çevirmək niyyətini açıq şəkildə göstərir”, -deyə bəyanatda vurğulanır.

"7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzzada apardığı müharibədə ən azı 43 736 fələstinli həlak olub, 103 370 nəfər isə yaralanıb", - anklavın Səhiyyə Nazirliyi cümə axşamı bildirib.

Hesabatda həmçinin vurğulanıb ki, BMT-nin dəfələrlə etdiyi müraciətlərə, Beynəlxalq Ədalət Məhkəməsinin məcburi göstərişlərinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, "İsrail Fələstin əhalisinə “kollektiv cəza” verməkdə davam edir. İsrailin Qəzzada həyata keçirdiyi geniş bombardman kampaniyası “əsas xidmətləri məhv etdi” və “sağlamlığa davamlı təsirləri olacaq ekoloji fəlakətə səbəb olub”.

Hesabatda deyilir ki, 2024-cü ilin əvvəlinə qədər Qəzzaya iki nüvə bombasına bərabər olan 25.000 tondan çox partlayıcı atılıb və bu, "kütləvi dağıntılara və su və kanalizasiya sistemlərinin dağılmasına, kənd təsərrüfatının məhvinə və zəhərli çirklənməyə səbəb olub".

"Əl-Cəzirə"nin araşdırması göstərib ki, müharibə başlanandan keçən bir il ərzində Qəzzaya atılan partlayıcıların həcmi təqribən 75.000 tona çatıb və 42 milyon tondan çox dağıntı əmələ gəlib.

Eyni zamanda, bombardmanlar 114 xəstəxana və klinikanı dağıdıb və 165 həkim, 260 tibb bacısı, 184 səhiyyə işçisi, 76 əczaçı və axtarış-xilasetmə əməliyyatlarında iştirak edən 300 idarə və yardımçı heyət üzvü, o cümlədən 85 Fələstin Mülki Müdafiə işçisi olmaqla 986-dan çox tibb işçisini öldürüb.

Hesabatda əlavə olaraq, İsrailin təkcə "HƏMAS" döyüşçülərinin deyil, həm də çoxlu qadın və uşaq da daxil olmaqla mülki şəxslərin həlak olduğu döyüşlərdə süni intellektdən istifadə etməsi ilə bağlı “ciddi narahatlıqlar” qaldırılıb.

“İsrail ordusunun ağır bombalarla birlikdə minimal insan nəzarəti ilə süni intellektlə dəstəkli hədəfləri istifadə etməsi İsrailin mülki şəxslərlə döyüşçülər arasında fərq qoyma və mülki şəxslərin ölümlərinin qarşısını almaq üçün adekvat təminatlara əməl etmə öhdəliyinə məhəl qoymadığını vurğulayır”, - deyə Xüsusi Komitə bildirib.

Aprel ayında "Əl-Cəzirə"nin araşdırması göstərib ki, “Lavender” adlı süni intellektlə dəstəklənən sistem “37.000-ə qədər hədəfin” öldürülməsi siyahılarının tərtibinə cavabdehdir.

S.Laçın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Noyabr 2024 07:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri