Qəzza zolağında əməliyyatı genişləndirəcəyik İsrailin müdafiə naziri
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İsrail Ordusu tezliklə Qəzza zolağında döyüş zonasını genişləndirəcək, bu səbəbdən yerli sakinlər təxliyə edilməlidir.
“Report” xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz "X" sosial şəbəkəsində yerləşdirdiyi videomüraciətində bildirib.
"İsrail Ordusu tezliklə Qəzzanın əlavə ərazilərində tam qüvvə ilə fəaliyyət göstərəcək və sizdən təhlükəsizliyiniz üçün döyüş bölgələrini boşaltmağınız tələb olunacaq. Planlar artıq hazırlanıb və təsdiqlənib", - o deyib.
Katzın sözlərinə görə, HƏMAS hərəkatının silahlı tərəfdarları anklavın əhalisindən canlı qalxan kimi istifadə edirlər, ona görə də İsrail Qəzzada daha çox ərazini daimi nəzarətdə saxlamağa məcburdur.
“HƏMAS sizi evlərinizi və daha çox ərazinizi itirməyə məcbur etməklə həyatınızı təhlükə altına qoyur”, - Katz vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 26 Mart 2025 22:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















