Icma.az
close
up
RU
BMT missiyası ABŞ ni və İranı ittiham etdi müharibə cinayətləri

BMT missiyası ABŞ ni və İranı ittiham etdi müharibə cinayətləri

Icma.az, Hurriyyet portalına istinadən məlumatı açıqlayır.

BMT missiyası ABŞ-nin Minabdakı məktəbə endirdiyi və 150-dən çox insanın ölümünə səbəb olan hava hücumunun müharibə cinayəti olduğu qənaətinə gəlib.

Hurriyyet.media  xarici mediaya istinadla xəbər verir ki, missiya həmçinin İran hakimiyyətinin ötən qış hökumət əleyhinə etirazları yatırmaqda insanlığa qarşı cinayətlər törətdiyini müəyyən edib.

Missiyanın nəticələri Cenevrədə İnsan Hüquqları Şurasının 63-cü sessiyasında təqdim ediləcək hesabatda dərc edilib. ABŞ və İran nümayəndələri hələlik sənədlə bağlı şərh verməyiblər.

BMT-nin fakt araşdırma missiyaları məhkəmə deyil, istintaq orqanlarıdır və məhkəmə qərarları vermir. Lakin onların tapıntıları Beynəlxalq Cinayət Məhkəməsi də daxil olmaqla, milli məhkəmələr və ya beynəlxalq tribunallar tərəfindən aparılan cinayət araşdırmalarında istifadə edilə bilər.

BMT ekspertləri bildiriblər ki, ABŞ ordusunun İranın cənubundakı Minab şəhərindəki qızlar məktəbinə hücumda məsuliyyət daşıdığına inanmaq üçün ağlabatan əsaslar var. İran hakimiyyət orqanlarının məlumatına görə, hücum nəticəsində təxminən 120 uşaq da daxil olmaqla 150-dən çox insan həlak olub.

Missiya hücumun ayrı-seçkilik edilmədən həyata keçirildiyi, mülki şəxslərin ölümünə səbəb olduğu və mülki infrastruktura ziyan vurduğu qənaətinə gəlib ki, bu da beynəlxalq hüquqa görə müharibə cinayəti hesab olunur.

Hesabata görə, ABŞ-nin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) dəniz kompleksinin yaxınlığında yerləşən məktəb üçün hədəf məlumat bazalarını yeniləməməsi, eləcə də binanın hərbi hədəf olub-olmadığını yoxlamaması sadəcə səhlənkarlıqdan kənara çıxıb.

Hesabatda deyilir: "ABŞ mülki hədəfi vurma riskini bilərək və belə bir nəticənin ehtimalına qarşı ehtiyatsızlıqla hərəkət edərək məktəbə zərbə endirib".

BMT ekspertləri məktəbin açıq şəkildə fərqləndirilə bilən mülki hədəf olduğunu və onun hərbi məqsədlər üçün istifadəsinə dair heç bir dəlil tapmadığını bildiriblər.

Ekspertlər Lamerde şəhərindəki idman kompleksinə edilən hücumla bağlı da oxşar nəticəyə gəliblər. Hesabatda qeyd olunur ki, hücum yaxınlıqdakı yaşayış binalarına və bir məktəbə zərər vurub, 22 mülki şəxs ölüb və yaralanıb. Ekspertlər hücumun fərləndirmə edilmədən baş verdiyini və buna görə də müharibə cinayəti təşkil etdiyini bildiriblər.

BMT missiyasının araşdırması nəticəsində məlum olub ki, 2025-ci ilin dekabr ayının sonlarında İranda baş verən etirazlar zamanı ölkə hakimiyyəti mülki əhaliyə qarşı genişmiqyaslı və sistematik repressiyalar həyata keçirib. Buraya qanunsuz qətllər, işgəncələr, özbaşına həbslər, məcburi yoxa çıxmalar və ifadə azadlığına ciddi məhdudiyyətlər daxildir.

İnsan haqları təşkilatları iddia edir ki, basqınlar zamanı öldürülənlər arasında yoldan ötənlər də olub. Tehran etirazlar zamanı baş verən ölüm və zorakılıqda "terrorçular və iğtişaşçılar", eləcə də ABŞ və İsraili günahlandırıb.

Hesabatda qeyd olunur ki, ekspertlər ölənlərin sayını müstəqil şəkildə təsdiqləyə bilməyiblər. Lakin onlar hesab edirlər ki, ölən və yaralananların faktiki sayı rəsmi rəqəmlərdən xeyli çoxdur, çünki 3038 nəfər həlak olub və 25000 nəfər yaralanıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 18 Sentyabr 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see369

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see285

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see274

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see261

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see259

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see245

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see241

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see236

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see236

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see232

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see232

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see224

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see224

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see223

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see212

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see211

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see209

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see202

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see200

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri