BMT nin 81 ci sessiyasında bu məsələlər müzakirə olundu Video
Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Nyu-Yorkda keçirilən BMT-nin 81-ci sessiyasında qayıdış hüququ və dekolonizasiya məsələləri müzakirə olunub.
“Qafqazinfo” Real TV-yə istinadən xəbər verir ki, dünya liderlərinin iştirakı ilə baş tutan iclasın əsas məqamları diqqətə çatdırılıb.
Sessiya çərçivəsində qlobal sülh, davamlı inkişaf və iqlim dəyişikliyi ilə yanaşı, mühüm siyasi məsələlər də gündəmə gətirilib. Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən görüşlərdə beynəlxalq ictimaiyyətin diqqəti dekolonizasiya problemlərinə yönəldilib.
İclasda azərbaycanlıların öz doğma torpaqlarına, Qərbi Azərbaycan ərazilərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququ məsələsi xüsusi vurğulanıb.
Diaspora nümayəndələri və beynəlxalq iştirakçılar bu prosesin ədalətli həlli üçün BMT kimi beynəlxalq təşkilatların dəstəyinin vacibliyini qeyd ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 30 Sentyabr 2026 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















