Ya siz məni, ya da mən sizi... Paşinyan istefaya getmək üçün şərt qoydu
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın baş naziri Nikol Paşinyan onun istefasına nail olmaq istəyən müxalifət qüvvələrinə sadə bir razılaşma təklif edə biləcəyini bildirib.
Turkustan.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyanın sözlərinə görə, bunun üçün müxalifət yeni Konstitusiya layihəsi ilə bağlı referendumun keçirilməsinə razılıq verməlidir.
"Əgər xalq əleyhinə səs versə, mən gedəcəyəm. Belə deyək, "təslim olacağıq". Əgər lehinə səs versə, Konstitusiyanı qəbul edəcəyik, sülhü institusionallaşdıracağıq, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP, Zəngəzur dəhlizi - red.) açacağıq, sərhədin mürəkkəb hissələrində delimitasiya aparacağıq. Bundan sonra mən yenə də gedəcəyəm", - deyə baş nazir Ermənistan parlamentində keçirilən hökumət saatında bildirib.
Paşinyanın fikrincə, müxalifətin məsələnin bu yolla həllinə razılaşmaması qəribə olardı.
Baş nazir əlavə edib ki, məsələ süni şəkildə uzadılarsa, növbədənkənar seçkilərin "buldozeri" işə düşməlidir. Onun sözlərinə görə, həmin seçkilərin nəticəsində hazırda parlamentdə təmsil olunan iki müxalifət qüvvəsindən heç biri qanunverici orqana düşməməlidir.
"Beləliklə, əgər siz məni kənarlaşdırmasanız, mən sizi kənarlaşdıracağam", - deyə Paşinyan müxalifətə xəbərdarlıq edib.
Bununla bağlı müxalifət nümayəndələri bildiriblər ki, hazırkı parlamentdə Paşinyanın ümid etdiyi konstitusiya çoxluğu mövcud deyil. Buna görə də o, yeni Konstitusiyanı yalnız hakim partiyanın deputatlarının səsləri ilə qəbul etdirə bilməz və ümumxalq referendumunun keçirilməsinə nail olmalı olacaq./oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 19 Noyabr 2026 09:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















