Icma.az
close
up
RU
BMT nin Okean Konfransında Azərbaycanın dəniz mühitinin qorunub saxlanması istiqamətində atdığı addımlardan danışılıb

BMT nin Okean Konfransında Azərbaycanın dəniz mühitinin qorunub saxlanması istiqamətində atdığı addımlardan danışılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Paris, 11 iyun, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il okeanlarla da qırılmaz şəkildə əlaqəli olan iqlim dəyişikliyi ilə bağlı mühüm toplantı - COP29 beynəlxalq konfransı Bakıda uğurla keçdi. Okeanları təcili olaraq qorumağımızın bir çox səbəbi var. Okeanlar biomüxtəlifliyin böyük su anbarlarıdır, davamlı balıqçılıq üçün həyati əhəmiyyət kəsb edir və milyardlarla insanın ərzaq təhlükəsizliyi üçün vacibdir.

Bu fikirləri Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri-14 çərçivəsində keçirilən BMT-nin Okean Konfransındakı çıxışında deyib. O, bildirib ki, okeanlar həm də planetimizin mavi ağciyərləridir, böyük miqdarda karbon dioksidi udur, meşələrdən və dağlardan daha böyük miqyasda oksigen istehsal edir. Bu, okeanları iqlim dəyişikliyi ilə mübarizədə ən güclü müttəfiqlərimizdən birinə çevirir. Ancaq çirklənmə, həddindən artıq balıq ovu, yaşayış yerlərinin itirilməsi və isti sular bu mühüm rolu təhdid edir. Vaxtında adekvat tədbir görülməzsə, hərəkət edilməzsə, iqlim dəyişikliyinə qarşı əsas təbii tamponu itirmək riski var. Dəniz karbon absorberlərini qorumaq təkcə ekoloji baxımdan deyil, həm də Yer kürəsində həyatı saxlamaq və qlobal iqlim məqsədlərinə nail olmaq üçün vacibdir. “Balina ovuna qoyulan qadağa ilə onların sayının yenidən bərpa olunduğunu gördük. Dəniz mühitinin də bərpası mümkündür. Hər bir elementi - ən yüksək yırtıcılardan ən kiçik bitkilərə qədər qorumaq hamının rifahı üçün vacibdir. Bu ekosistemlər daha sonra öz idarəçilərinə, eləcə də, təcili ehtiyacımız olan karbon təcridinə xidmət göstərməyə başlayır. Okeanlara diqqət yetirməklə yanaşı, iqlimə davamlılıqda həlledici rol oynayan daxili su sistemlərinin əhəmiyyəti də nəzərə alınmalıdır. Onların mühafizəsi və qorunub saxlanması əsas prioritet olmalıdır. Azərbaycan Xəzər dənizinin sahilində yerləşən ölkə kimi öz ətraf mühitini qorumaq üçün qətiyyətli addımlar atıb. İlk Dəniz Mühafizəsi Ərazisi yaradıb və Xəzər dənizində ilk ümid məkanını elan edib ki, bu da regionda dənizin mühafizəsi istiqamətində mühüm addım oldu. Qonşu Xəzəryanı ölkələrlə əməkdaşlıq edərək, simvolik və nəsli kəsilməkdə olan növlərin bərpasına və sabitləşməsinə kömək etmək üçün nərə balıqlarının ovuna 10 il qadağa qoyulması ilə bağlı razılığa gəlindi. Onların uzunmüddətli ekoloji və iqtisadi dəyərini dərk edərək, populyasiyanın bərpasını dəstəkləmək üçün milyonlarla nərə balığı balaları da təbiətə buraxıldı”, - deyə diplomat dəniz mühitinin qorunub saxlanması istiqamətində Azərbaycanın atdığı mühüm addımlardan danışıb.

Səfir vurğulayıb ki, məhz Azərbaycanın təşəbbüsü ilə BMT-nin COP29 beynəlxalq konfransında Xəzər kimi daxili dənizlər də daxil olmaqla, ortaq su obyektləri üzrə əməkdaşlığı inkişaf etdirmək üçün İqlim Fəaliyyəti üçün Su üzrə Bakı Dialoqu başladı. Həmçinin ölkəmizin Milli Biomüxtəliflik Strategiyası və Fəaliyyət Planı yenilənir, zəngin biomüxtəlifliyi qorumaq və artırmaq üçün aydın məqsədlər, hədəflər və tədbirlər müəyən edilib. Bu, Kunminq-Monreal Qlobal Biomüxtəliflik Çərçivəsinə uyğundur.

Diplomat bildirib ki, 2023-cu il qədər okeanın 30 faizini qorumaq üçün möhkəm çoxtərəfli prosesə və kollettiv öhdəliklərə ehtiyac var. İlkin bölünmələrə baxmayaraq, Bakının ev sahibliyi etdiyi COP29 beynəlxalq konfransı cəsarət və inamla müsbət kollektiv fəaliyyətin həqiqətən mümkün olduğunu nümayiş etdirdi. Göstərdi ki, birlik və ortaq məqsəd bölünməyə qalib gələ, bütün bəşəriyyətin ümumi rifahına xidmət edən nəticələr əldə edə bilər. “COP29 ərəfəsində geniş yayılmış qeyri-müəyyənlik, dərinləşən fikir ayrılıqları və inamsızlıq tərəqqidən yayınma təhlükəsi yaratdı. Bununla belə, birlikdə çoxtərəfliliyi gücləndirməklə və tarixi nəticələr əldə etməklə bu maneələrin öhdəsindən gəldik. 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələr üçün hər il 300 milyard Amerika Birləşmiş Ştatları dolları səfərbər etmək, heç kimi geridə qoymamaq, on il dalana dirənmiş Paris Sazişinin 6-cı maddəsinin həyata keçirilməsinə nail olmaq, İtkilər və Zərərlər Fondunu yaratmaq, ön sahil xəttində fəaliyyət göstərən bir çox digər əsas iqlim qərarlarını dəstəkləmək kimi Bakı hədəflərinə nail olduq. Bu nailiyyətlərin çoxu bir vaxtlar qeyri-mümkün görünürdü. Ölkəmiz diqqəti ümumi faydalara yönəltdi, öhdəliklərimizə sadiq qaldıq və beynəlxalq ictimaiyyətin gözlədiklərini çatdırdıq. İndi biz eyni qətiyyəti Nitsada okeanın mühafizəsinə gətirməliyik. Okeanlarımızı qorumaq üçün kollektiv hərəkətləri gücləndirməklə, son nəticədə özümüzü istiləşən planetin sürətlənən təsirlərindən qoruyuruq”, - deyə Azərbaycan diplomatı çoxtərəfliliyin yeni çağırışlarla üzləşdiyi və parçalanmaların birliyi yenidən təhdid etdiyi bu kritik anda ümumi dil tapıb qətiyyətlə hərəkət etmək üçün fürsətdən istifadə etməyə çağırış edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri