BMT nin Rusiya işğalını pisləyən qətnamənsini dəstəkləyəcəkmi? ABŞ hələ də qərar verməyib
Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ hələ də BMT-də Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin üçüncü ildönümü ilə bağlı qətnaməni dəstəkləyib-dəstəkləməyəcəyini müəyyənləşdirməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə Amerikanın Səsi radiosu ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin siyasi koordinatoru Con Kelliyə istinadən bildirib.
Kellidən ABŞ-ın bu qətnaməni dəstəkləyib-dəstəkləməyəcəyi soruşulub. O isə cavabında deyib: "Biz Vaşinqtondan hansı təlimatları alacağımızı görməliyik. Ümid edirəm ki, bu təlimatlar tezliklə gələcək".
Onun ABŞ-ın qətnamənin həmmüəllifi olub-olmayacağı ilə bağlı fikri də soruşulub.
"Bu barədə hələ qərar qəbul etməmişik. Vaşinqton bunu hələ müzakirə edir. Ümid edirəm ki, tezliklə qərar veriləcək", – deyə Kelli bildirib.
Mətbuatda yayılan məlumatlara görə, ABŞ Rusiyanın Ukraynaya müdaxiləsinin üçüncü ildönümünə həsr olunan və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən, Rusiyanın təcavüzünü pisləyən qətnamənin həmmüəllifi olmaqdan imtina edib.
Bundan əlavə, ilk dəfə olaraq ABŞ G7-nin Rusiya ilə bağlı birgə bəyanatında Rusiyanı "təcavüzkar" kimi adlandırmağa qarşı çıxır və Ukrayna prezidenti Volodimir Zelenskinin "Yeddilik" liderlərinin virtual sammitində iştirakını təsdiqləmir.
Alpər
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:193
Bu xəbər 21 Fevral 2025 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















