Slovakiya ilə hərbi sahədə əməkdaşlıq genişləndirilir
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Miroslav Lorincin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Zakir Həsənov Azərbaycan və Slovakiya arasında ənənəvi dostluq və strateji tərəfdaşlıq münasibətlərinin hərbi sahədə əlaqələrin genişləndirilməsinə və möhkəmləndirilməsinə müsbət təsir etdiyini qeyd edib.
Nazir mövcud hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək, bu əlaqələrin gələcəkdə də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən general M.Lorinc hərbi əlaqələrimizin genişləndirilməsində qarşılıqlı səfərlərin zəruriliyini diqqətə çatdırıb.
Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Slovakiyanın nümayəndə heyəti ilə görüşüb.
Görüşlərdə hərbi, hərbi texniki, hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsi və müdafiə sahəsində qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında müzakirələr aparılıb.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 30 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















