Icma.az
close
up
RU
BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

BMT rəsmisi Azərbaycanın iqlim dəyişmələrinə qarşı tədbirlərini yüksək qiymətləndirdi

Metbuat portalından verilən məlumata əsasən, Icma.az bildirir.

BMT Baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (UNDP) Siyasət və Proqrama Dəstək Bürosunun direktoru Markos Neto COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə çıxış edib.

Metbuat.az xəbər verir ki, o, çıxışında Azərbaycan hökumətini Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCC) öz milli adaptasiya planını təqdim etməsi münasibətilə təbrik edib və bu nailiyyətə UNDP-nin dəstək verdiyini vurğulayıb. O, Azərbaycanla UNDP arasında mövcud sıx əməkdaşlığın iqlim dəyişikliklərinə uyğunlaşma və karbon emissiyalarının azaldılması istiqamətində mühüm əhəmiyyət daşıdığını qeyd edib.

"Azərbaycan hökuməti ilə tərəfdaşlıq çərçivəsində bərpaolunan enerji strategiyasının inteqrasiyası, enerji səmərəliliyinin artırılması və əsaslı yanaşmalar vasitəsilə biomüxtəlifliyin qorunması istiqamətində mühüm işlər görülür. Xüsusilə dağ ekosistemlərində və həssas icmalarda iqlim dəyişikliklərinin yaratdığı risklərə qarşı tədbirlər həyata keçirilməsi çox vacibdir”, - deyə o bildirib.

Markos Neto iqlim dəyişikliklərinə adaptasiya üçün maliyyə resurslarının çatışmazlığını da vurğulayıb. O qeyd edib ki, hazırda inkişaf etməkdə olan ölkələrin illik adaptasiya ehtiyacları ən azı 250 milyard ABŞ dolları təşkil edir, lakin mövcud beynəlxalq maliyyə axınları bu ehtiyacları qarşılamaq üçün kifayət deyil.

"UNDP 2025-ci ilə qədər iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək və adaptasiya tədbirlərini genişləndirmək məqsədilə BMT sistemi ilə birgə fəaliyyət göstərir. Milli və regional səviyyədə strateji yanaşma adaptasiya tədbirlərinin daha geniş miqyasda həyata keçirilməsinə töhfə verəcək”, - deyə o əlavə edib.

Tədbirdə həmçinin qeyd olunub ki, UNDP 2017-ci ildən etibarən Yaşıl İqlim Fondu vasitəsilə 42 ölkəyə texniki dəstək göstərərək onların milli adaptasiya proseslərini inkişaf etdirməsinə yardım edib.

Markos Neto Azərbaycanın milli adaptasiya planını təqdim etməsi istiqamətində atdığı mühüm addımları bir daha yüksək qiymətləndirib və iqlim dəyişikliklərinə uyğunlaşma tədbirlərinin uğurla həyata keçirilməsi üçün maliyyə resurslarının səfərbər edilməsinin vacibliyini vurğulayıb.

“Birlikdə biz iqlim dəyişikliklərinin yaratdığı çağırışlara cavab vermək üçün davamlı və dayanıqlı gələcək qura bilərik”, - deyə BMT Baş katibinin köməkçisi bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 21 Noyabr 2024 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see279

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see241

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see171

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see152

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see145

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see141

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri