Icma.az
close
up
RU
BMT təcili olaraq gərginliyin azaldılmasına ÇAĞIRDI

BMT təcili olaraq gərginliyin azaldılmasına ÇAĞIRDI

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

BMT Livanda gərginliyin dərhal azaldılmasına çağırış edib.

Redaktor.az xəbər verir ki, bu barədə BMT-nin sözçüsü Stefan Düjarrik Nyu-Yorkda jurnalistlər üçün keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, İsrailin məcburi köçkünlük əmrləri nəticəsində yüz minlərlə insan təsirlənib. Dujarrik qeyd edib ki, Litani çayının cənubundakı ərazilərin, Baalbek qubernatorluğunun və Bekaa vadisinin bir hissəsinin, eləcə də Beyrut şəhərinin cənub ətrafının böyük hissəsinin demək olar ki, bütün əhalisi hazırda döyüş zonasındadır.

BMT rəsmisi bildirib ki, təkcə son bir həftə ərzində 660 mindən çox insan məcburi köçkün kimi qeydiyyata alınıb. Onun sözlərinə görə, bölgədəki tibb müəssisələri ciddi gərginlik altında fəaliyyət göstərir və xroniki xəstəlikləri olan köçkünlər lazımi müalicəni ala bilmirlər.

Dujarrik əlavə edib ki, tibb müəssisələrinə hücumlar da davam edir. O qeyd edib ki, İsrailin Qırmızı Xaçın təcili yardım avtomobilinə hücumu nəticəsində tibb işçiləri yaralanıb və nəqliyyat vasitəsinə ziyan dəyib.

Bundan başqa, "World Health Organization" tərəfdaşlarının məlumatına görə, martın 2-dən bu yana tibb müəssisələrinə 23 hücum qeydə alınıb. Nəticədə 14 nəfər ölüb, 26 nəfər isə yaralanıb.

BMT sözçüsü bildirib ki, təşkilat tərəfdaşları ilə birlikdə Livanda humanitar yardımın həcmini artırır. Onun sözlərinə görə, son günlər köçkün ailələrə yüz minlərlə isti yemək, eləcə də minlərlə döşək və yorğan paylanıb.

“Biz təcili olaraq gərginliyin azaldılmasına ehtiyac olduğunu bir daha vurğulayırıq. Bütün tərəflər beynəlxalq humanitar hüquqa riayət etməli, mülki şəxsləri və mülki infrastrukturu, o cümlədən tibb müəssisələrini qorumalıdır”, – deyə Stefan Düjarrik bildirib.

Livan hökumətinin məlumatına görə, münaqişənin başlanmasından bəri ölkədə təxminən 760 min nəfər məcburi köçkün kimi qeydiyyata alınıb.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Mart 2026 10:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see292

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see275

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see267

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see259

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see258

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see254

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see249

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see249

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see239

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see231

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see225

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see223

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see217

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see212

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see209

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see208

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see206

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see191

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see191

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri