Icma.az
close
up
RU
BMT Təhlükəsizlik Şurasının Ukrayna iclası və dərinləşən geosiyasi balans

BMT Təhlükəsizlik Şurasının Ukrayna iclası və dərinləşən geosiyasi balans

Bakivaxti saytından alınan məlumata görə, Icma.az bildirir.

BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı dekabrın 9-da keçirəcəyi açıq iclas həm münaqişənin humanitar, həm də siyasi ölçülərinin yenidən beynəlxalq gündəmin ön sırasına çıxması baxımından əhəmiyyətlidir.

Lakin iclasın real qərarvermə potensialı məhduddur. Çünki TŞ-də Qərb-Rusiya qarşıdurması artıq bloklaşdırıcı mərhələyə keçib. Veto mexanizmi faktiki olaraq hər cür konstruktiv qətnaməni mümkünsüz edir və iclaslar daha çox diplomatik tribuna funksiyasını yerinə yetirir. Buna baxmayaraq, bu format münaqişənin təhlükəsizlik risklərinin, energetik infrastrukturun hədəfə alınmasının, humanitar böhranın və regional sabitliyə təsirlərin müzakirə olunması üçün vacib kanaldır. Bu baxımdan, iclas diplomatik həllin özünü deyil, hələlik siyasi dialoqun tam dayanmasının qarşısını alan minimal səviyyəni təmin edir.

Hazırkı geopolitik mühit TŞ iclasının fonunu daha da mürəkkəbləşdirir. Qərb-Rusiya qarşıdurması artıq situativ deyil, struktur xarakter alıb. Avropa İttifaqının Kremlə qarşı iqtisadi təzyiq strategiyasının sərtləşməsi, enerji asılılığından çıxış prosesinin sürətlənməsi və dondurulmuş Rusiya aktivlərinin “maliyyə girovu” mexanizmi ilə Ukraynanın uzunmüddətli maliyyə təminatına yönəldilməsi bu qarşıdurmanın yeni mərhələyə qədəm qoyduğunu göstərir. Ursula fon der Lyayenin Ukraynaya 140 milyard avroluq kredit xəttinin sürətləndirilməsi üçün israrı təsadüfi deyil. Bu, Avropanın artıq qısamüddətli yardım müstəvisindən strateji maliyyə arxitekturasına keçdiyini, ABŞ-də siyasi kursun dəyişməsi fonunda daha böyük məsuliyyət götürmək məcburiyyətini qəbul etdiyini göstərir.

Avropa İttifaqı iqtisadi baxımdan ağır, lakin siyasi cəhətdən şüurlu seçim edir: uzun illər ucuz rus enerji resurslarına bağlı olmuş modeldən imtina edilir. 2022-2025-ci illər ərzində Aİ-nin sanksiyalar səbəbilə 1,6 trilyon avroya qədər zərər görməsi qısamüddətli itki kimi qiymətləndirilir. Brüssel bunu təhlükəsizlik konsepsiyasının yenilənməsi və Rusiya asılılığının tam aradan qaldırılması üçün strateji investisiya hesab edir. Bu müddət ərzində Rusiyanın Avropa enerji bazarındakı payının tarixi minimuma enməsi Aİ üçün geopolitik transformasiyanın mərkəzi elementinə çevrilib. Beləliklə, Avropa həm maliyyə, həm enerji, həm də normativ təhlükəsizlik müstəvilərində yeni “strateji avtonomiya” mərhələsinə qədəm qoyur.

Rusiyanın mövqeyi isə əksinə, daha sürətlə zəifləyir. Enerji gəlirlərinin 34 faiz azalması, Urals markalı neftin 20 dollara çatmış endirimlə satılması, orta qiymətin 44–45 dollar səviyyəsinə enməsi və büdcə kəsirinin 1,2 trilyondan 5,7 trilyon rubla yüksəlməsi Kremlin fiskal dayanıqlığını ciddi şəkildə sarsıdır. Mərkəzi Bankın emissiya imkanları məhduddur, xarici borclanma kanalından istifadə etmək çətindir, daxili bazara yönələn bond emissiyası isə risklidir. 2025-ci ildə Rusiya iqtisadiyyatını daha sərt sınaqlar gözləyir: daşınma və sığorta sanksiyaları dərinləşir, endirimlər böyüyür, əlavə 300 milyard rubl itki proqnozlaşdırılır, ixrac gəlirləri ilə büdcə xərcləri arasındakı nisbət daha da kəskinləşir. Bu dinamika Rusiyanın hərbi xərcləri əvvəlki həcmdə davam etdirmək imkanlarını daraldır və orta müddətli perspektivdə iqtisadi dayanıqlığın zəifləməsini qaçılmaz edir.

Belə bir şəraitdə BMT Təhlükəsizlik Şurasının iclası geniş mənada daha böyük geopolitik prosesin bir elementinə çevrilir. Qərb ölkələri iclasda humanitar böhranı önə çıxararaq Rusiyanın beynəlxalq təcridini dərinləşdirməyi hədəfləyəcək. Rusiya isə öz mövqeyini legitimləşdirmək və Qərbi münaqişənin uzanmasına görə məsuliyyət daşımaqda ittiham etməyə çalışacaq. Hər iki tərəf üçün iclas daha çox informasiya mübarizəsinin davamı kimi çıxış edəcək, çünki real diplomatik irəliləyiş üçün lazımi siyasi iradə və qarşılıqlı kompromis zemini hazırda mövcud deyil.

Bununla belə, prosesin simvolik əhəmiyyəti qalır. TŞ iclası göstərir ki, münaqişə artıq həm hərbi, həm siyasi, həm də maliyyə-iqtisadi müstəvidə uzunmüddətli xarakter alıb. Avropa İttifaqı yeni maliyyə arxitekturası qurur, Rusiya iqtisadiyyatı kəskin zəifləyir, Qərb sanksiyaları ilk dəfə real strateji nəticələr doğurur və bütün bunlar Ukrayna münaqişəsini qlobal güc balansının yenidən qurulduğu bir meydandan çevrilməz prosesə çevirir.

Nəticə etibarilə, BMT Təhlükəsizlik Şurasının növbəti iclası müharibəni dayandırmayacaq, lakin beynəlxalq səviyyədə formalaşan yeni strateji balansı bir daha nümayiş etdirəcək: Qərb uzunmüddətli qarşıdurma müddətinə hazırlaşır, Rusiya iqtisadi və geopolitik cəhətdən daha dar çərçivəyə sıxışır, Ukrayna isə maliyyə baxımından daha uzunmüddətli dəstək trayektoriyasına daxil olur. Beləliklə, diplomatik irəliləyiş deyil, geopolitik arxitekturanın dəyişməsi baş verir və bu dəyişiklik münaqişənin taleyini TŞ-dən daha çox iqtisadi güc və strateji davamlılıq faktorlarının müəyyənləşdirəcəyi reallığı ifadə edir.

Ruslan Zəngəzur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 08 Dekabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri