Icma.az
close
up
RU
BMT TŞ nin “istismar müddəti” başa çatıbmı?

BMT TŞ nin “istismar müddəti” başa çatıbmı?

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Supergüclər” bu qurumun qərarlarını saya salmır

“Hesab edirik ki, Qlobal Cənub ölkələri yeni, ədalətli dünya nizamının formalaşdırılmasında yaxından iştirak etməli və bu işə öz töhfələrini verməlidirlər. Bu xüsusda, BMT-də müvafiq islahatların aparılması, Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsil olunmasının təmin edilməsi çox vacibdir. TŞ artıq günümüzün reallıqları ilə uzlaşmayan təsisata çevrilib”.

Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” adlı AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının iştirakçılarına müraciətində yer alıb. Dövlət başçısı qeyd edib ki, Azərbaycan vaxtilə işğal olunmuş torpaqlarının azad edilməsinə çağıran, amma, sadəcə, kağız üzərində qalmış BMT TŞ-nin qətnamələrinin icrasını özü təmin etmiş bir ölkə kimi bunu çox gözəl anlayır.

Dünyada gedən proseslər, beynəlxalq düzəndə baş verənlər onu göstərir ki, BMT Təhlükəsizlik Şurası (TŞ) artıq bugünün tələblərinə tam cavab vermir. TŞ-nin daimi üzvləri (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin) 1945-ci ilin reallıqlarına uyğun seçilmişdi. Bu gün isə siyasi və iqtisadi baxımdan həmin bölgü problemlərin həllində acizlik göstərir. Daimi üzvlərin veto hüququndan öz siyasi ambisiyaları üçün istifadə etdikləri sirr deyil. Bu isə qlobal problemlərin həllini daha da çətinləşdirir. Münaqişələrin qarşısının alınması və ya humanitar fəlakətlər zamanı TŞ-nin tez-tez iflic vəziyyətinə düşməsi bu qurumda islahatların aparılmasına ehtiyac olduğunu göstərir. Prezident İlham Əliyev bu aktual məsələni dəfələrlə gündəmə gətirib. Xüsusilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkə başçısı BMT-nin bəşəriyyətin gözləntilərinə cavab vermədiyini, təşkilatda islahatların qaçılmaz olduğunu vurğulayıb. O, Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsini və onun coğrafi baxımdan daha ədalətli təmsilçiliyini dəstəklədiyini bildirib.

* * *

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu problemi hələ 2013-cü ildə BMT-nin Nyu-Yorkda keçirilən 74-cü Baş Assambleyasında səsləndirmişdi. Onun məşhur “dünya beşdən böyükdür” ifadəsi məhz orada diqqətə çatdırılmışdı. Qısa müddətdə bu ifadə geniş rezonans doğurdu və siyasətçilərin tezisinə çevrildi. Dost və qardaş ölkənin liderinin bu fikrini bir çox siyasətçilər bəyənsə də, buna ən gözəl dəstək Prezident İlham Əliyevdən gəlmişdi. Dövlətimizin başçısının fikrincə, BMT TŞ-da Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və Afrika İttifaqına sədrlik edən ölkələr rotasiya əsasında veto hüququ ilə təmsil olunmalıdır.

Həqiqətən, əgər BMT-də islahatlar baş verəcəksə, Qlobal Cənub ölkələri burada rol oynamalıdır. Qoşulmama Hərəkatına sədrlik edən ölkənin Təhlükəsizlik Şurasında daimi təmsilçiliyi təmin edilməlidir. Digər tərəfdən, dünyada müsəlman ölkələrinin əhalisi və əhatə dairəsi kifayət qədər genişdir. Bu dövlətlər beynəlxalq münasibətlərin formalaşmasında mühüm rol oynayırlar. Belə olduqda İslam coğrafiyasının səsini Təhlükəsizlik Şurasında eşitdirmək, bu dövlətlərin üzləşdiyi problemləri və ədalətsizlikləri qlobal gündəmə çıxarmaq vacibdir. Eyni zamanda, dünyanın ikinci ən böyük materiki olan Afrika qitəsi də xüsusilə vurğulanmalıdır. Onlarla dövlətin birləşdiyi bu qitə həm təbii sərvətləri, həm də sürətlə inkişaf edən siyasi-iqtisadi potensialı ilə beynəlxalq sistemdə əhəmiyyəti artıb.

* * *

TŞ Birləşmiş Millətlər Təşkilatının əsas icraedici orqanı kimi ən mühüm vəzifəsi beynəlxalq sülh və təhlükəsizliyi qorumaqdır. Əslində, təsisat silahlı toqquşmaların qarşısını almaq üçün tədbirlər görməlidir. Bununla yanaşı, qurum sülh müqavilələrinin hazırlanmasına və imzalanmasına da nəzarət etməlidir. Amma Azərbaycan nə işğal, nə də postmüharibə dövründə BMT-dən belə bir yanaşma görüb. BMT TŞ Azərbaycan-Ermənistan münaqişəsinə münasibətdə obyektiv və ədalətli mövqe sərgiləməyib. Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, onların icrasına üçün lazım olan addımı atmayıb. Bu, açıq-aşkar qərəzli yanaşma idi. Çünki TŞ lazım olduğu təqdirdə qəbul etdiyi qətnamələri bir neçə günə işə salmağı da bacarır. Amma Azərbaycan torpaqlarının 20 faizinin uzun illər işğal altında qalması faktına göstərilən biganə münasibət ikili standartların bariz nümunəsi idi. ATƏT kimi TŞ də Qarabağda status-kvonu dəyişməkdə maraqlı olmayıb. Əgər işğal bundan sonra daha 30 il də davam etsəydi TŞ Ermənistan əleyhinə ciddi bir yanaşma ortaya qoymayacaqdı. Fransanın TŞ-də daimi üzv olması kifayət edər ki, rəsmi İrəvan daha uzun illər Qarabağı nəzarət altında saxlasın.

Azərbaycan 44 günlük Vətən müharibəsində torpaqlarını işğaldan azad edərək, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasını özü təmin edib. Ermənistan həm Birinci, həm də İkinci Qarabağ müharibəsi zamanı BMT Nizamnaməsinin 2-ci maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş beynəlxalq mübahisələrin dinc yolla həlli prinsiplərini, eləcə də güc tətbiq etməmək və tətbiq etməklə hədələməmək prinsiplərini kobud şəkildə pozub. Beynəlxalq hüququn bərpası və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası məqsədilə Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı sülhə məcbur etdi. Bu gün region üçün ən aktual məsələ Ermənistan və Azərbaycan arasında sülh prosesinin irəliləməsidir. Avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş coğrafiya üçün əlverişli imkanlar yaradır. ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə paraflanan müqavilə iki ölkə arasında yeni səhifə açıb. Qeyd edildiyi kimi, sülh müqavilələrinin hazırlanması və imzalanmasına nəzarət etməli olan BMT TŞ bu prosesdə “ofsaydda” qaldı.

Sonda onu da qeyd edək ki, TŞ-nin vahid mövqe nümayiş etdirməsi son dövrlər, demək olar ki, mümkün olmayıb. Bunun əsas səbəbi daimi üzvlərin qlobal siyasi arenada bir-birilərinə rəqib olmasıdır. ABŞ, Rusiya, Çin, Böyük Britaniya və Fransa kimi daimi üzvlər bir çox məsələlərdə müxtəlif fərqli yanaşmalar və mövqelər ortaya qoyurlar. TŞ-nin səmərəliliyini azaldan əsas səbəblərdən biri məhz budur.

Tural İSMAYILOV,
politoloq

Qlobal Cənub ölkələri yeni ədalətli dünya nizamının formalaşdırılması prosesində fəal iştirakla öz töhfələrini verməkdədir. Bu mənada BMT-də islahatların aparılması, xüsusilə Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvləri sırasında Qlobal Cənub ölkələrinin təmsilçiliyinin təmin olunması aktualdır. Hazırkı TŞ strukturu günümüzün beynəlxalq siyasi reallıqlarını əks etdirmir və buna görə yenilənməlidir. Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi ilə bağlı TŞ-nin 1993-cü ildə qəbul etdiyi qətnamələrin kağız üzərində qalması bu strukturun təsisat kimi nə qədər köhnəldiyini göstərir. Azərbaycan özü məhz bu məsələni praktiki şəkildə həll edərək suverenliyini bərpa etdi. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü bərpa etməsindən sonra regionda təşviq etdiyi sülh gündəliyi xarici siyasətimizin əsas istiqamətlərindən birinə çevrilib. Bu yanaşma regional sabitlik üçün əsasdır və Azərbaycanın qlobal siyasətdə nüfuzunu artırır.

Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması həm bölgə, həm də daha geniş geosiyasi coğrafiya üçün yeni imkanlar yaradır. Saziş münaqişələrin həllində dialoqun gücləndirilməsinə, regional tərəfdaşlıq imkanlarının genişlənməsinə şərait yaradır. Bu kontekstdə Azərbaycanın diplomatik fəaliyyəti Qlobal Cənub ölkələrinin təmsilçiliyinin artırılması ilə beynəlxalq münasibətlərdə haqq-ədalətin bərqərar olması üçün nümunə ola bilər. Azərbaycanın təcrübəsi suverenlik prinsiplərinin qorunması, qlobal ədalət və bərabərliyin həyata keçirilməsi baxımından da öyrənilməli dərsdir. Beynəlxalq arenada Azərbaycanın sülh və sabitlik çağırışları Qlobal Cənubun mövqeyinin möhkəmlənməsində katalizator rolunu oynayır. Ölkəmizin diplomatik təşəbbüsləri yeni dünya nizamının yaradılmasında Qlobal Cənubun fəal iştirakını stimullaşdırır.

Musa BAĞIRLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see191

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see186

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see145

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see123

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see120

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri