BMTM: Radikal qrupların ideyalarının yayılmasının hər vəchlə qarşısını almalıyıq
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
"Bu gün dünyada radikal dini qruplar təəssüflər olsun ki, öz ideologiyalarına çirkin don geyindirirlər".
APA xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda keçirilən "İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması" mövzusunda beynəlxalq elmi konfransda bildirib.
O, islamofobiya meyllərinin təkcə islama qarşı qorxu deyil, həm də ideoloji bir struktur olduğunu diqqətə çatdırıb:
"Bu barədə müxtəlif əsərlərdə nümunələr verilib. İslamın təhrifi ilə bağlı nümunələri təkcə müzakirələrdə yox, akademik əsərlərdə də görürük. Bu gün radikal dini qruplar təəssüflər olsun ki, öz ideologiyalarına çirkin don geyindirirlər. Biz radikal qrupların ideyalarının yayılmasının hər vəchlə qarşısını almalıyıq. Biz xüsusilə də müsəlman ümmətindən danışırıq. Biz həm yəhudi, həm də buddist cəmiyyətlərdə islamofobiyanın təzahürlərini görmüşük. Hesab edirəm ki, hər birimiz bunun qarşısını almalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 26 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















