Icma.az
close
up
RU
BMU da Abşeron rayon məktəbliləri ilə görüş Fotolar

BMU da Abşeron rayon məktəbliləri ilə görüş Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Bakı Mühəndislik Universiteti (BMU) və Abşeron Rayon İcra Hakimiyyəti (RİH) yanında İctimai Şuranın birgə təşkilatçılığı ilə abituriyentlərlə görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Abşeron rayon məktəblərinin direktorları, yuxarı sinif şagirdləri, habelə BMU-nun professor-müəllim heyətinin iştirak etdiyi tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi birqəqiqəlik sükutla yad olunub, ardınca Dövlət Himni səsləndirilib.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev tələbəlik həyatının astanasında olan gəncləri universitetdə görməkdən məmnunluğunu bildirib və hazırda onlar üçün doğru ixtisas, eləcə də ali məktəb seçiminin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu gün dünyada texnoloji sahədə sürətli dəyişikliklərin baş verdiyini, rəqəmsal texnologiyalara ehtiyacın artığını deyən rektor BMU-da tədris olunan müasir ixtisasları diqqətə çatdırıb.

Eyni zamanda, əsasən mühəndislik profilli universitetdə, informasiya texnologiyaları, iqtisadiyyat, logistika sahəsi üzrə peşəkar kadr hazırlığının həyata keçirildiyi, nəzəriyyə ilə təcrübənin birləşdirilməsi, tədqiqatların aparılması, startapların hazırlanması üçün mövcud maddi-texniki imkanlardan geniş bəhs edib. Rektor BMU ilə Koreyanın İNHA Universiteti arasında birgə icra edilən ikili diplom proqramı, universitetin digər xarici ali məktəblərlə əməkdaşlığı, eləcə də son illərdə həyata keçirilən islahatlar nəticəsində təhsil ocağının beynəlxalq reytinqlərdə irəlilədiyini vurğulayıb.

BMU-nun özəl müəssisələrlə əməkdaşlığından da danışan Yaqub Piriyev məzunların işlə təminatını, karyera yüksəlişlərini qeyd edib və abituriyentlərə yaxın günlərdə ali məktəblərə keçiriləcək qəbul imtahanlarında bol uğurlar arzulayıb.

Sonra çıxış edən şəhid Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İslamova hər il rayonun müxtəlif məktəblərindən şagirdlərin qəbul imtahanlarında yüksək nəticələr göstərdiyini və onların uğurlarının hər kəsdə sevinc hisləri doğurduğunu bildirib. Bu ildə abituriyentlərin yaxşı ballarla ali məktəblərə qəbul olacaqlarına inamını ifadə edən Xatirə İslamova Abşeron rayonunda yerləşən yeganə ali təhsil müəssisəsi BMU-da təhsil almağın üstünlüklərindən danışıb. Eyni zamanda, 44 günlük Zəfərdə tarixi qələbəyə imza atmış qalib Azərbaycan gənclərinin üzərinə düşən vəzifələri vurğulayıb.

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri Abbas Əliyev isə BMU-da müasir tələblərə cavab verən tədris proqramları, savadlı professor- müəllim heyəti, tədqiqat və təcrübə imkanları yaradan laboratoriyalar sayəsində kadr hazırlığının uğurla həyata keçirildiyini, universitet məzunlarının dövlət, qeyri-dövlət müəssisələrində işlə təminatının mümkünlüyünü bildirib və abituriyentləri parlaq gələcəkləri üçün doğru seçim etməyə səsləyib.

Sonra BMU-nun tanıtım filmi və universitetin rəqs kollektivinin ifasında qısa bədii proqram nümayiş etdirilib.

Ardınca abituriyentlər maraq göstərdikləri ixtisaslar üzrə dekan və kafedra müdirlərinin müşayiəti ilə ali məktəbin tədris korpusları, laboratoriyaları ilə yaxından tanış olublar.






Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:153
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 16 May 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see316

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see288

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see287

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see278

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see277

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see269

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see268

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see265

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see260

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see253

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see240

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see237

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see229

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see222

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see221

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see220

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see218

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see206

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see205

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri