Icma.az
close
up
RU
BMU da alman mütəxəssisin iştirakı ilə seminar keçirilib FOTOLAR

BMU da alman mütəxəssisin iştirakı ilə seminar keçirilib FOTOLAR

Modern.az saytına istinadən Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetində (BMU) “İqlim dəyişiklikləri ilə əlaqədar şəhər infrastrukturlarına olan yeni tələblər” mövzusunda seminar təşkil edilib. Seminarda BMU-nun Memarlıq və inşaat fakültəsinin professor-müəllim heyəti, tələbələr, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşı Dilqəm Qəniyev, eləcə də “Hydrotrans Engineering” Mühəndislik Mərkəzinin əməkdaşları iştirak ediblər.

Modern.az xəbər verir ki, öncə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak etmək məqsədilə ölkəmizdə olan və seminarın əsas məruzəçisi qismində çıxış edən Elçin Abdullayev haqqında ətraflı məlumat verilib. Bildirilib ki, Almaniyanın “Kirn Ingenieure” şirkətində infrastruktur və mülki tikinti üzrə baş layihə rəhbəri vəzifəsində çalışan E.Abdullayev şəhər infrastrukturu, nəqliyyat sistemləri və dayanıqlı mühəndislik həlləri sahəsində geniş beynəlxalq təcrübəyə malik mütəxəssisdir. O, Almaniyada müxtəlif infrastruktur layihələrinin idarə olunması, müasir urbanizasiya çağırışları və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin azaldılması istiqamətində həyata keçirilən layihələrdə iştirak edib.

Seminarda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev beynəlxalq təcrübəyə malik mütəxəssislərin iştirakı ilə təşkil olunan bu cür elmi-praktik tədbirlərin ali təhsil müəssisələri üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, iqlim dəyişiklikləri, dayanıqlı şəhərsalma və müasir infrastruktur sistemlərinin formalaşdırılması məsələləri hazırda qlobal elmi və mühəndislik gündəliyinin prioritet istiqamətlərindəndir. Bu baxımdan tələbə və gənc tədqiqatçıların beynəlxalq təcrübə ilə yaxından tanış olması, həm nəzəri biliklərinin, həm də praktiki bacarıqlarının inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Yaqub Piriyev WUF13 kimi nüfuzlu beynəlxalq platformanın Bakıda keçirilməsinin şəhərsalma, memarlıq və dayanıqlı inkişaf sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə mühüm töhfə verəcəyini fikirlərinə əlavə edib. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində dayanıqlı şəhər inkişafı, urbanizasiya proseslərinin idarə olunması və iqlim dəyişikliklərinin şəhər mühitinə təsirlərinin elmi baxımdan araşdırılmasının aktuallığını diqqətə çatdırıb.

Sonra məruzə ilə çıxış edən Elçin Abdullayev iqlim dəyişikliklərinin şəhər infrastrukturlarına təsiri, dayanıqlı mühəndislik yanaşmaları və müasir urbanizasiya prosesləri ilə bağlı elmi-praktik məsələlərə toxunub. Qeyd olunub ki, son illərdə qlobal iqlim dəyişiklikləri nəticəsində şəhər mühitində müşahidə olunan risklər infrastruktur sistemlərinin daha davamlı və adaptiv prinsiplər əsasında layihələndirilməsini zəruri edir. Məruzədə dayanıqlı nəqliyyat sistemləri, su idarəetmə mexanizmləri, ekoloji cəhətdən səmərəli mühəndislik həlləri və ağıllı şəhər konsepsiyalarının tətbiqi istiqamətində beynəlxalq təcrübələr ətraflı təqdim olunub.

Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 May 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see357

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see236

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see232

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see231

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see224

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see223

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see221

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see218

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see217

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see213

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see207

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see206

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see205

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see200

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see200

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see200

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see199

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see199

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see199

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri