Icma.az
close
up
RU
BMU da tələbələrə kibertəhlükəsizlik mövzusunda seminar keçirilib FOTOLAR

BMU da tələbələrə kibertəhlükəsizlik mövzusunda seminar keçirilib FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetində (BMU) “Kibertəhlükəsizlikdə ilk addımlar” adlı seminar keçirilib. 

"Unikal" xəbər verir ki, seminarda açılış nitqi ilə çıxış edən BMU-nun İnformasiya və kompüter texnologiyaları fakültəsinin kafedra müdiri Cabir Məmmədov tədbirin tələbələrin müasir texnoloji yeniliklərdə bilik, eləcə də bacarıqlarının artırılması məqsədi daşıdığını bildirib. Qeyd edib ki, belə seminarlar, həmçinin nəzəri bilikləri təkmilləşdirmək üçün əlverişli təcrübə mühiti yaratmağa xidmət göstərir. Kafedra müdiri universitetdə uyğun ixtisaslarda oxuyan tələbələr arasında aprelin əvvəlində  test keçiriləcəyini, nəticələrə müvafiq olaraq bir qrupun çalışmaq üçün Kibertəhlükəsizlik laboratoriyasına seçiləcəyini diqqətə çatdırıb və  gəncləri seminarda fəal olmağa çağırıb.  

Sonra Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müəllimi Ömər Şükürov “CTF (Capture  the Flağ) yarışları nədir?” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda CTF oyunlarının  kateqoriyaları, müxtəlif CTF formatları haqqında məlumat verilib. Kibertəhlükəsizlik yarışlarının kompüter və kibertəhlükəsizlik biliklərinə əsaslandığını deyən məruzəçi CTF-yə başlamaq üçün, ilk növbədə əsas anlayışları öyrənməyin vacibliyini vurğulayıb. Əlavə edib ki, CTF təcrübəsinə malik olmaq bu platformanı öyrənənlərə müəyyən status qazandırır və geniş iş imkanları yaradır. 

Seminarda daha sonra BMU-nun Kibertəhlükəsizlik laboratoriyasının müdiri Kamran Abdullazadə və laboratoriyanın mütəxəssisi Mədin Qəhrəmanov  çıxış ediblər. Məruzəçilər kibertəhlükəsizlikdə hücumun necə həyata keçirilməsi, eləcə də müdafiənin necə qurulması ilə bağlı məlumat veriblər.  

Seminarın sonunda tələbələrin sualları cavablandırılıb. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://unikal.az
archiveBu xəbər 10 Mart 2025 15:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see244

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see241

Qurban Qurbanov: Özüm də bilmirəm, Nəriman haqda nə deyim

11 Dekabr 2025 01:51see216

Sabiq nazirin bacısı qızı olan rektor kimdir?

11 Dekabr 2025 00:22see209

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see209

Almaniyada neft kəmərində ciddi qəza: terror aktı...

11 Dekabr 2025 02:07see205

Azərbaycan strateji tərəfdaş kimi ön plana çıxır

10 Dekabr 2025 23:58see192

Donbas iddiası təsadüfi deyil: Rusiya və ABŞ arxa planda razılaşıb

11 Dekabr 2025 13:27see187

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see157

Mətanət sürücülərdən şikayətləndi: Söyüş yiyəsi olmayın

11 Dekabr 2025 09:29see144

“Qarabağ”ın Niderlanddakı tarixi qolunun müəllifi: “Ayaks” yaxşı durumda olmasa da, ehtiyatlı olmaq lazımdır”

10 Dekabr 2025 17:05see143

“Real Madrid” də məğlub oldu Yenilənib

11 Dekabr 2025 02:23see141

Stiven Siqal: “Amerika kinosu daha obyektiv olmalıdır”

11 Dekabr 2025 02:45see136

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see135

Fransada uşaq və yeniyetmələrin sosial şəbəkələrə girişi məhdudlaşdırılacaq

11 Dekabr 2025 03:26see135

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see133

Paşinyan Azərbaycana bu iki mövzunu paralel olaraq bağlamağı təklif etdi...

11 Dekabr 2025 09:22see132

Almaniya səmasında müəmma: Rusiya hücuma keçib? Heyrətamiz

11 Dekabr 2025 02:23see131

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see130

​“UNESCO buna Ermənistanın mane olduğunu etiraf etmişdi”

10 Dekabr 2025 17:16see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri