BMU da məlumat sessiyası keçirilib FOTOLAR
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Mühəndislik Universitetində (BMU) “4Sİ Akademiyası – Milli Proqram” layihəsinə həsr olunan məlumat sessiyası keçirilib.
"Unikal" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin və “Coursera” şirkətinin birgə həyata keçirdiyi proqram tələbələrin rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də beynəlxalq təlim imkanlarından yararlanmalarının təşviqinə xidmət edir.
Açılış nitqində BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağasi Məlikov sənaye inqilablarının həyatımıza və təhsil sisteminə təsirindən danışıb. O, “Milli Proqram”ın üstünlüklərini diqqətə çatdıraraq platforma vasitəsilə tələbələrin nüfuzlu alimlərin və aparıcı texnologiya şirkətləri mütəxəssislərinin mühazirələrini dinləmək, müasir bilik və bacarıqlara yiyələnmək imkanı qazandıqlarını bildirib.
Prorektor proqram çərçivəsində BMU-nun əldə etdiyi nəticələri də qeyd edib. Universitetin müxtəlif mərhələlər üzrə iştirakçı və tamamlanmış kurs sayına görə ölkə universitetləri arasında yüksək göstəricilər nümayiş etdirdiyini vurğulayan Ağasi Məlikov bu cür imkanların tələbələrin gələcəyinə qoyulan investisiya olduğunu deyib.
Daha sonra çıxış edən 4SİM-in Rəqəmsal iqtisadiyyat şöbəsinin rəhbəri Xəyalə Fətullayeva proqramın üç ildir həyata keçirildiyini və əsas məqsədin insan kapitalının inkişafı olduğunu bildirib. O, gələcəyin peşələrinin müəyyənləşdirilməsi istiqamətində aparılan araşdırmalara toxunaraq, bu prosesdə dövlətin, universitetlərin və işəgötürənlərin üzərinə düşən vəzifələrin əhəmiyyətini vurğulayıb.
Xəyalə Fətullayeva müasir dünyanın tələblərinə uyğunlaşmağın və rəqəmsal bacarıqlara yiyələnməyin əmək bazarında rəqabətqabiliyyətliliyin artırılması baxımından vacib olduğunu qeyd edib. Bildirib ki, texnoloji dəyişikliklər və avtomatlaşdırma bəzi peşələrə tələbatı azaltsa da, yeni ixtisasların və iş imkanlarının yaranmasına da şərait yaradır. Bu baxımdan, süni intellektdən və rəqəmsal texnologiya alətlərindən istifadə bacarıqları gələcəyin əmək bazarında uğur qazanmaq üçün mühüm amillərdən biridir.
Sessiyada 4SİM-in data analitiki Aytən Ağayeva və Rəqəmsal iqtisadiyyat şöbəsinin mütəxəssisi Tural Qurbanlı da çıxış ediblər. Onlar proqramın məqsəd və imkanları, əsas kurs istiqamətləri, süni intellektəsaslı “Coursera AI Assistant” funksiyası, “Rəqəmsal nişan” sistemi, eləcə də cari mərhələyə qoşulma və qeydiyyat qaydaları barədə məlumat veriblər.
Çıxışlar zamanı proqram çərçivəsində BMU-nun bəzi iştirak göstəriciləri də diqqətə çatdırılıb. Qeyd edilib ki, 3-cü mərhələdə (22 iyun – 14 sentyabr) BMU ölkə universitetləri arasında iştirakçı sayına görə 7-ci, bitirilmiş kurs sayına görə 8-ci olub. İkinci mərhələdə isə (1 aprel 2025-1, aprel 2026) ) iştirakçı sayına görə 6-cı, bitirilmiş kurs sayına görə 1-ci olub.
Tədbirin sonunda tələbələrlə interaktiv sorğu təşkil olunub və qaliblərə mükafatlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 08 Oktyabr 2026 18:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















