Icma.az
close
up
RU
BMU da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

BMU da Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş olub

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakı, 8 iyun, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbər heyəti ilə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a BMU-dan bildirilib. Görüşdə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı”nın icrası nəticəsində əldə olunmuş nailiyyətləri və ali təhsil sahəsinə verdiyi strateji töhfələri vurğulayıb. Prezidentin müvafiq Sərəncamı ilə Dövlət Proqramının müddətinin 2030-cu ilədək uzadılmasını önə çəkən rektor bunu proqramın icrası nəticəsində əldə olunmuş əhəmiyyətli göstəricilərin və müəyyən edilmiş hədəflərin yüksək səviyyədə qiymətləndirilməsinin təzahürü kimi dəyərləndirib. Yaqub Piriyev proqram çərçivəsində BMU ilə Cənubi Koreyanın İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramına yüksək bal toplayan tələbələrin qəbulundan, əldə olunan uğurlu nəticələrdən, həmçinin qarşıda həllini gözləyən bir sıra məsələlərdən geniş bəhs edib. Eyni zamanda, ötən ay layihənin ikinci mərhələsi üzrə əməkdaşlığın davam etdirilməsinə dair yeni müqavilənin imzalandığını bildirən rektor qarşıda duran əsas istiqamət və öhdəlikləri nəzərə çatdırıb.

Sonra çıxış edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Qədir Xəlilov ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramının ölkənin ali təhsil məkanında mühüm transformasiyalara yol açdığını bildirib. O qeyd edib ki, proqram çərçivəsində həyata keçirilən ikili diplom layihələri beynəlxalq təcrübənin yerli ali təhsil müəssisələrinə inteqrasiyasına, müasir və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə mühüm töhfə verir. Qədir Xəlilov BMU-İNHA İDP-ni Dövlət Proqramının ən uğurlu layihələrindən biri kimi qiymətləndirərək, proqramın icrası müddətində əldə olunan nəticələrin yüksək effektivliyini vurğulayıb.

Görüşdə BMU-İNHA İDP-nin mövcud vəziyyəti, inkişaf perspektivləri, eləcə də proqramın növbəti mərhələsinin həyata keçirilməsi ilə bağlı prioritet istiqamətlər ətrafında geniş müzakirələr aparılıb. Müzakirələr zamanı, habelə son illərdə BMU-da yaradılmış müasir laboratoriyaların, güclü maddi-texniki bazanın İDP çərçivəsində həyata keçirilən tədris prosesinin də keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı kadr hazırlığının təmin edilməsinə əlverişli şərait yaratdığı vurğulanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyun 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see333

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see300

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see293

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see287

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see282

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see278

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see275

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see264

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see257

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see250

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see236

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see235

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see233

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see232

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see231

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see228

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see224

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see213

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see204

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri