Naxçıvanda Dövlət Proqramı ilə bağlı yaradılan Layihə idarəetmə qrupunun iclası keçirilib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Naxçıvan, 18 noyabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027–ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan layihələrin planlaşdırılması, uğurla icrası, investisiya qoyuluşu üzrə layihələrin icrasının sürətləndirilməsi, eyni zamanda, zəruri sahələrdə islahatların həyata keçirilməsi məqsədi ilə işçi qrupunun iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, iclasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2023-2024-cü illərdə həyata keçirilən layihələrin icrası, 2025-ci il üçün nəzərdə tutulan satınalma planının təsdiqi, görüləcək işlər və tələbatın formalaşdırılması, büdcə planlaşdırılması və resursların bölgüsü məsələləri müzakirə olunub. Layihələrin məqsədləri, tələbləri və gözləntilərinin müəyyən edilməsi, plana uyğun olaraq tapşırıqların icrası, layihə büdcəsinin izlənməsi və maliyyə resurslarının effektiv şəkildə idarə olunmasının diqqətdə saxlanılması ilə bağlı işçi qrupuna tapşırıqlar verilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 18 Noyabr 2024 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















