Icma.az
close
up
RU
BMU da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb FOTOLAR

BMU da növbəti “BoostCamp” tədris layihəsi başa çatıb FOTOLAR

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 8.0” tədris layihəsinin bağlanış mərasimi keçirilib.

"Unikal" xəbər verir ki, tədbirdə çıxış edən Kibertəhlükəsizlik və kompüter mühəndisliyi kafedrasının müdiri Cabir Məmmədov layihənin icrasını tələbələrin qazandığı biliklərin möhkəmləndirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi baxımından uğurlu ənənə adlandırıb. Bildirib ki, müasir təhsil sistemində tədrislə təcrübənin eyni vaxtda bir arada olması, habelə müxtəlif müsabiqə və layihələrin həyata keçirilməsi tələbələrin əmək bazarına peşəkar kadr kimi hazırlanmasında mühüm rol oynayır.  

Sonra layihənin mentoru və komanda rəhbəri Hüseyn Şərifzadə hər il ənənəvi olaraq keçirilən “BoostCamp” layihəsi haqqında geniş təqdimatla çıxış edib. O, 2017-2025-ci illərdə layihə üzrə görülən işlərin statistikasını açıqlayaraq indiyədək 310-dan artıq tələbənin bu layihədə özünü reallaşdırdığını, 41 sahə üzrə tədris aparıldığını, 50-dən çox seminarın keçirildiyini deyib. Layihəyə tələbələr arasında artan maraqdan danışan H. Şərifzadə qeyd edib ki, bu il təkcə IT üzrə deyil, həm də liderlik, karyera inkişafı, təhsil, iş dünyası, mühəndislik və s. mövzularda müzakirələr aparılıb, ayrı-ayrı sahələrin mütəxəssisləri ilə görüşlər təşkil olunub. O, layihənin icrası üçün göstərdiyi texniki dəstəyə, İKT laboratoriyasında yaradılan şəraitə görə BMU rektoruna təşəkkürünü bildirib.  

Tədbirdə digər çıxış edənlər də tələbələrin potensialını açan, texniki bacarıqlarını inkişaf etdirən bu layihə ilə bağlı fikirlərini bildirib və təkliflərini səsləndiriblər. 

Sonra mentorlar tələbələrin hazırladığı layihələr haqqında məlumat verib. Bildirilib ki, layihəyə əsasən informasiya texnologiyaları, elektrik və elektronika ilə əlaqəli ixtisasların  I, II kurs tələbələri qatılıb.

Ardınca “Bina və lift”, “Robot qol”, “Avtomatik parking sistemi”,  “Açılan körpü”, “Əl hərəkətləri ilə idarə olunan maşın” adlı layihələr nümayiş etdirilib. 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:269
embedMənbə:https://unikal.az
archiveBu xəbər 14 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri