Icma.az
close
up
RU
BMU da növbəti “BoostCamp” layihəsinə başlanılıb

BMU da növbəti “BoostCamp” layihəsinə başlanılıb

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Xırdalan, 3 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) tələbələr tərəfindən təşkil edilən “BoostCamp 8.0” tədris layihəsinin açılış mərasimi keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edənlər artıq ənənə şəklini alan və hər il uğurla icra olunan “BoostCamp” layihəsi haqqında, eləcə də nəzərdə tutulan yeniliklərlə bağlı ətraflı məlumat veriblər. Bildirilib ki, layihə tələbələrin qış tətili vaxtının səmərəli keçirilməsi ilə yanaşı, onların qazandığı biliklərin möhkəmləndirilməsi, inkişaf etdirilməsi və əmək bazarının tələblərinə yönələn bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyır.

Layihəyə əsasən, informasiya texnologiyaları (IT) və elektronika ilə əlaqəli ixtisaslarda təhsil alan I və II kurs tələbələri üçün fevralın 14-nə kimi sürətləndirilmiş təlim dərsləri təşkil ediləcək. Müraciət edənlər arasından seçilən tələbələr 5 fərqli qrupda müxtəlif sahələr üzrə təcrübəli mentorların təlimlərində, eləcə də nüfuzlu şirkətlərdə çalışan peşəkarların seminarlarında iştirak edəcəklər.

Layihənin özəl cəhətlərindən biri ondan ibarətdir ki, universitetin son kursunda təhsil alan və ya məzun olan, habelə texniki və sosial bacarıqları üstünlük təşkil edən gənclər seçim əsasında mentor kimi layihəyə cəlb edilirlər. Adi dərslərdən fərqli olaraq “BoostCamp” əyləncəli və praktik formada baş tutur. Dərslərdə praktik tapşırıqlar işlənilir və layihə sonunda iştirakçılar mini-proyektləri təhvil verirlər. Dərslər və nahar fasiləsindən sonra iştirakçılar üçün sosial bacarıqları artırmaq və zehni yorğunluğu aradan qaldırmaq məqsədilə kiçik oyunlar təşkil olunur. Axşamlar və hər həftənin sonu isə sənayedə təcrübə toplamış IT mütəxəssisləri dəvət edilərək öz sahələri haqda məlumat verir, həmçinin birgə müzakirələr aparılır.

Sonda layihənin məzunlarına fəallıqlarına əsasən dərəcəli sertifikatlar veriləcək. Yeni məzunlar indiyə qədər layihədə uğurla iştirak etmiş və İKT laboratoriyasında fərqli fəaliyyətlər göstərmiş şəbəkənin qrupunda yer almaqla kiçik IT cəmiyyətinin bir parçası olacaq, habelə yeni layihələrin təşkilatçı və ya iştirakçısı kimi fəaliyyətlərə qatıla biləcəklər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 Fevral 2025 15:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri