Icma.az
close
up
RU
BMU da “BoostCamp 9” layihəsi başa çatıb

BMU da “BoostCamp 9” layihəsi başa çatıb

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 13 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) tələbələrin qış tətili müddətində təşkil olunan 9-cu “BoostCam”p layihəsinin bağlanış mərasimi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, İnformasiya və kompüter texnologiyaları fakültəsinin dekanı Vaqif Qasımov layihənin informasiya texnologiyaları və mühəndislik sahəsində karyera qurmaq istəyən gənclər üçün praktik bilik platforması olduğunu vurğulayıb və belə təşəbbüslərin davamlı olacağına inandığını bildirib.

Layihənin icra mexanizmi barədə məlumat verən BMU tələbəsi və layihə rəhbəri Cəfər Hüseyn “BoostCamp 9”un 10 gün müddətində intensiv formatda təşkil olunduğunu nəzərə çatdırıb. Proqram çərçivəsində müxtəlif şirkətlərin nümayəndələri ilə görüşlər keçirilib, seminar və vorkşoplar təşkil edilib, startapların hazırlanması və ideyaların kommersiyalaşdırılması ilə bağlı məsləhətlər verilib. İştirakçılar universitetin laboratoriyalarında praktiki fəaliyyət göstərərək real layihələr üzərində çalışıblar. Layihədə, ümumilikdə 86 tələbə iştirak edib, 28 təcrübəli mentor tərəfindən təlimlər keçirilib. Proqram tələbələrin texniki biliklərinin inkişafı ilə yanaşı, komanda işi, problem həll etmə və təqdimat bacarıqlarının gücləndirilməsinə yönəlib.

Tədbirdə Frontend, UX/UI dizayn, Kibertəhlükəsizlik, Data analitikası, “Backend” (Java, C#), Data strukturları və alqoritmləri, “Game Development” və dizayn, “Android Development” istiqamətləri üzrə hazırlanmış layihələr slayd təqdimatları ilə nümayiş olunub. Layihələrin icrası zamanı müasir proqramlaşdırma dilləri, texnoloji platformalar, məlumatların emalı və kibertəhlükəsizlik alətlərindən istifadə edilib.

Eyni zamanda “Robototexnika-Beginner” qrupunun hazırladığı “Ağıllı ev”, “Zibillərin rənglərə görə avtomatlaşdırılmış ayrılması” və “Lift” layihələri, həmçinin AI + Robototexnika qrupunun təqdim etdiyi “Ağıllı hədəf sistemi” əyani şəkildə təqdim olunub. Mentorlar hər bir layihədə tətbiq edilən texnoloji həllər, istifadə olunan alqoritmlər və funksional imkanlar barədə məlumat veriblər.

Beləliklə, “BoostCamp 9” layihəsi bir daha göstərdi ki, praktik biliklərə əsaslanan innovativ təlim proqramları gənclərin peşəkar inkişafında mühüm rol oynayır və onların gələcək karyera uğurlarının formalaşmasına real töhfə verir.

Qeyd edək ki, layihə BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü istiqamətinə (Keyfiyyətli təhsil) uyğun olaraq təşkil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 Fevral 2026 16:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see919

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see381

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see333

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see321

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see297

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see289

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see252

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see251

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see232

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see212

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see211

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see206

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see206

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see199

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see197

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see197

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see195

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see182

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see177

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri