Icma.az
close
up
RU
BMU da 9 cu “BoostCamp” layihəsinə başlanılıb

BMU da 9 cu “BoostCamp” layihəsinə başlanılıb

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 2 fevral, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları (İT) və elektronika ilə əlaqəli sahələrdə təhsil alan tələbələr üçün “BoostCamp 9” layihəsinə start verilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə hər il tələbələrin qış tətili müddətində təşkil olunur və əsas məqsədi kompüter mühəndisliyi, kompüter elmləri, informasiya təhlükəsizliyi, informasiya texnologiyaları, elektrik və elektronika, mexatronika və robototexnika, həmçinin proseslərin avtomatlaşdırılması mühəndislikləri üzrə gənclərin bilik və bacarıqlarını inkişaf etdirməkdir.

BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov layihə çərçivəsində keçirilən sürətləndirilmiş dərslərin tələbələrin peşəkar inkişafına təsirini vurğulayıb. Qeyd olunub ki, “BoostCamp”da müxtəlif iri şirkətlərdə çalışan peşəkarlarla görüşlər və aparılan müzakirələr tələbələrin tətil müddətini daha səmərəli keçirməsinə, İT sahəsində düzgün istiqamət seçməsinə kömək edir.

Layihə rəhbəri Cəfər Hüseyn bildirib ki, layihəni fərqləndirən əsas cəhətlərdən biri mentorların könüllü şəkildə bilik və təcrübələrini paylaşan BMU-nun yuxarı kurs tələbələri və əvvəlki “BoostCamp” məzunları olmasıdır. Təşkilati komanda tərəfindən texniki, sosial bacarıqları uyğun olan son kurs tələbələri və məzunlar seçilərək mentor kimi fəaliyyətə cəlb edilir.

Nəzərə çatdırılıb ki, 9-cu “BoostCamp” layihəsinə müraciət edən 200 tələbə arasından 86 nəfəri seçilərək iştirakçı hüququ qazanıb. 28 təcrübəli mentor tərəfindən keçiriləcək təlimlər zamanı praktik tapşırıqlar yerinə yetiriləcək və layihənin sonunda iştirakçılardan miniproyekt təqdim etmələri tələb olunacaq. Bundan əlavə, iştirakçıların sosial bacarıqlarının inkişafı və zehni yorğunluğunun azaldılması məqsədilə müxtəlif oyunlar təşkil ediləcək. Həftəsonları isə sənaye təcrübəsinə malik İT mütəxəssisləri öz sahələri üzrə yol xəritələrini, karyera təcrübələrini, qarşılaşdıqları çətinlikləri və verdikləri doğru qərarları iştirakçılarla bölüşəcəklər.

Qeyd edək ki, layihə indiyədək 330-dan çox gənci əhatə edib. Layihənin məzunları hazırda vahid platformada birləşərək yerli və xarici şirkətlərdə iş imkanları, təcrübə proqramları, xaricdə təhsil, startap təşəbbüsləri və digər mövzularda bir-birinə dəstək göstərir, vaxtaşırı onlayn görüşlər təşkil edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri