BMU həm biliklər öyrədir, həm də yaxşı təcrübə qazandırır Suriyalı tələbə
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Bakı Mühəndislik Universitetindəki (BMU) tələbə həyatımdan məmnunam”.
"Unikal" xəbər verir ki, bu fikirləri BMU-da “Biznesin idarəedilməsi” ixtisası üzrə magistratura səviyyəsində təhsil alan Suriya vətəndaşı Omran Murad bildirib.
BMU-nu seçməyinin bir neçə səbəbini anladan əcnəbi tələbə universitetin geniş ərazisini, kampusunu çox bəyəndiyini deyir. Üstəlik vurğulayır ki, burada seçdiyi ixtisas üzrə dərslərin tədrisindən razıdır, çünki öz sahələrini yaxşı bilən professor-müəllim heyətindən biliklər öyrənir, həm də universitet ona yaxşı təcrübə qazandırır.
Omran Murad BMU-nun kitabxanası haqda da fikirlərini bölüşüb: “Biz dostlarımızla birlikdə burada dərslərimiz, imtahanlara hazırlaşmaq üçün müxtəlif mənbələrdən lazım olan materialları tapır, bununla yanaşı, mövzuları bir yerdə müzakirə edə bilirik”.
O, tələbə olmağa hazırlaşan gənclərə bu sözlərlə xitab edib: “Əgər tələbəlik illərini maraqlı keçirmək istəyirsənsə, yaxşı təhsil almaq və sonra uğurlu karyera yoluna çıxmaq istəyirsənsə, BMU-ya gəl! Çünki burada xəyalların gerçək olacaq!”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 08 Yanvar 2025 14:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















