BMU tələbələri “INNOSTART” hakatonunda qalib olub
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət komandası Sumqayıt İnnovasiyalar Qovşağında keçirilən “INNOSTART” hakatonunda qalib olub.
"Unikal" xəbər verir ki, SUP.VC və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə keçirilən hakatonda BMU tələbələri-Məhəmmədəli Ayralov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Ülvü Ağayev (“Kompüter elmləri”, 4-cü kurs), Toğrul Məmmədov (“Kimya mühəndisliyi”, 3-cü kurs), Rəqsanə Hüseynova (“Kimya mühəndisliyi”, 4-cü kurs) “Biolonic-kimyəvi reaksiyaları analiz edə bilən veb proqram təminatı” layihəsi ilə II yerə layiq görülüblər.
Texnologiya və innovasiya dünyasında iz qoymaq istəyən gənclərin ideyalarının reallığa çevrilməsinə dəstək məqsədi daşıyan yarışda komandalar kreativ həllər üzərində işləyib, gələcəyin texnologiyasını formalaşdırmaq istiqamətində öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Hakatonun sonunda qaliblərə mükafatlar təqdim olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 08 Aprel 2025 10:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















