Icma.az
close
up
RU
® “İNNOSTART” layihəsi regionlarda innovasiya ekosistemini sürətlə genişləndirir

® “İNNOSTART” layihəsi regionlarda innovasiya ekosistemini sürətlə genişləndirir

Azertag saytına istinadən Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və “SUP.VC” şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “İNNOSTART” layihəsi, regionlarda yaşayan gənclərin innovasiya və startap bacarıqlarını inkişaf etdirməkdə davam edir.

2022-ci ildən etibarən icra olunan layihə çərçivəsində inkubasiya proqramları, hakatonlar, mentorluq sessiyaları, praktiki təlimlər və “Demo Day” tədbirləri təşkil edilir. Bütün bu fəaliyyətlər gənclərə texnologiya, sahibkarlıq və innovasiya sahələrində bilik qazanmaqla yanaşı, real bazar şəraitində praktiki təcrübə əldə etməyə şərait yaradır.

“İNNOSTART” xüsusilə regionlarda yaşayan gənclərin startap qurmaq, ideyalarını inkişaf etdirmək və investorlarla əlaqə qurmaq imkanlarını genişləndirir. Eyni zamanda, maarifləndirmə sessiyaları, icma tədbirləri və innovasiya müsabiqələri vasitəsilə iştirakçılar ölkənin innovasiya ekosisteminə inteqrasiya olunur.

Layihənin uğurla həyata keçirilməsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin institusional dəstəyi və Agentliyin İdarə Heyətinin sədri Fərid Osmanovun liderliyi mühüm rol oynayır. Onun təşəbbüsü ilə “İNNOSTART” iştirakçılarına yalnız ümumi təlimlər deyil, fərdi ehtiyaclara uyğunlaşdırılmış məsləhət və resurslar təqdim olunur. Bu isə layihənin daha sürətli, çevik və effektiv nəticələr verməsinə imkan yaradır.

Fərid Osmanovun strateji yanaşması regionlarda innovasiyanın dərinləşməsi, yerli potensialın aşkarlanması və gənclərin öz ideyalarını reallaşdırmaqda inamlı addımlar atmasına şərait yaradıb. Onun rəhbərliyi ilə Agentlik innovasiya təşəbbüslərinin lokallaşmasına xüsusi önəm verir və davamlı dəstək göstərir.

2025-ci ildə layihənin Gəncə, Sumqayıt, Lənkəran, Naxçıvan və digər şəhərləri əhatə etməklə daha geniş miqyasda icrası nəzərdə tutulur. Bu mərhələdə elektron ticarət təlimləri, ideatonlar və yeni inkubasiya proqramları da həyata keçiriləcək.

“İNNOSTART” layihəsi yalnız fərdi inkişaf vasitəsi deyil, eyni zamanda, Azərbaycanın innovasiya ekosisteminin güclənməsinə və iqtisadi transformasiyasına ciddi töhfə verən strateji təşəbbüsdür.

Daha ətraflı məlumat və qeydiyyat üçün: www.innostart.az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://azertag.az
archiveBu xəbər 05 İyun 2025 16:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri