Icma.az
close
up
RU
® Regionlarda innovasiya ekosistemini formalaşdıran “Innostart” layihəsinin final mərhələsi keçirilib

® Regionlarda innovasiya ekosistemini formalaşdıran “Innostart” layihəsinin final mərhələsi keçirilib

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və Azərbaycanın aparıcı innovasiya şirkətlərindən biri olan SUP VC-nin təşkilatçılığı ilə keçirilən “Innostart” layihəsinin “Grand Final” mərhələsi keçirilib. Ölkənin müxtəlif bölgələrindən yüzlərlə gənci və startapçını bir araya gətirən layihənin yekununda finala çıxan 17 komanda arasından “Backlify”, “SaleX”, “Specdeaf” və “İmYen” startapları 50 min manatlıq mükafat fonduna layiq görülüb.

Tədbirdə dövlət qurumları, özəl şirkətlər, startap təsisçiləri və innovasiya mütəxəssisləri iştirak ediblər. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov çıxışında son illərdə həyata keçirilən “Onlayn Azərbaycan” layihəsinin ölkədə innovasiya mühitinə geniş imkanlar açdığını vurğulayıb. O, həmçinin “Innostart”, “ecomX” və “4-ü 1arada” kimi təşəbbüslərin regionlarda yeni nəsil sahibkarlığın inkişafına mühüm dəstək verdiyini bildirib.

İRİA-nın sədri Fərid Osmanov isə layihənin regionlarda yaratdığı təsirdən danışaraq, təkcə 2024-2025-ci illərdə 4 regionda, 20 şəhər və rayonda 32 maarifləndirmə tədbiri, 8 hakaton, 8 inkubasiya proqramı və 4 “Demo Day”in təşkil edildiyini qeyd edib. Bu tədbirlərdə 2000-dən çox iştirakçı yer alıb. Bundan əlavə, 18 yeni mentor hazırlanıb, müxtəlif dövlət və özəl qurumlarla əməkdaşlıq əlaqələri qurulub.

Final mərasimində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndəsi Samir Hümbətov və layihənin baş təşkilatçısı olan SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov da çıxış ediblər. Rəşad Eyvazov layihənin regionlarda sahibkarlıq mühitinin formalaşmasındakı əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, “Innostart” proqramı vasitəsilə yüzlərlə gənc öz ideyalarını biznes modelinə çevirmək imkanı qazanıb və regionlarda yaradıcı mühitin formalaşmasına ciddi təkan verilib.

Onun sözlərinə görə, SUP VC təkcə paytaxtda deyil, Azərbaycanın müxtəlif şəhər və rayonlarında startapların inkişafı üçün zəruri dəstək mexanizmləri qurur. Bu çərçivədə təşkil edilən hakatonlar, inkubasiya proqramları və mentorluq sessiyaları gənclərə ideyalarını praktiki layihələrə çevirmək üçün real imkanlar yaradıb.

Tədbir çərçivəsində layihənin statistik göstəricilərini əks etdirən təqdimat nümayiş etdirilib, startap komandaları öz layihələrini təqdim ediblər, mentor hazırlığı proqramının məzunlarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki, “Innostart” layihəsi Azərbaycanın regionlarında startap ekosisteminin inkişafına sistemli yanaşmanı təmin edən əsas platformalardan biridir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və SUP VC-nin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs gənclərin innovativ ideyalarını biznesə çevirməsinə, onların qlobal bazarlara çıxış imkanlarının artırılmasına və güclü yerli icmaların formalaşmasına şərait yaradır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 Avqust 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see178

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see170

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see147

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see144

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see141

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see133

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri