Icma.az
close
up
RU
BMU ya qəbulda mühüm dəyişikliklər Yeni ixtisaslar və ikili diplom proqramları

BMU ya qəbulda mühüm dəyişikliklər Yeni ixtisaslar və ikili diplom proqramları

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı Mühəndislik Universitetinin (BMU) 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə 39 ixtisas üzrə tələbə qəbulu həyata keçirilir.

“Qafqazinfo” xəbər verir ki, universitetin builki qəbul planı təkcə ixtisasların və ayrılan yerlərin sayının artması ilə deyil, informasiya texnologiyaları ixtisaslarının əsas baza istiqamətinə çevrilməsi ilə diqqəti cəlb edir.

Vurğulamaq yerinə düşər ki, son iki ildə BMU-da innovativ texnologiyalarla işləmək bacarığına malik, yeni sənaye inqilabının çağırışlarına cavab verən yüksəkixtisaslı mütəxəssislərin hazırlığının həyata keçirilməsi vəzifələrinin icrası istiqamətində mühüm addımlar atılıb. Universitetdə yeni İnformasiya və kompüter texnologiyaları fakültəsi yaradılıb. Eyni zamanda kompüter laboratoriyalarının maddi-texniki bazası gücləndirilib, bp şirkətinin dəstəyi ilə BMU-da ilk Kibertəhlükəsizlik laboratoriyası yaradılıb. Atılan məqsədyönlü addımların nəticəsidir ki, son illərin qəbullarının nəticələrinə əsasən, BMU-da informasiya texnologiyaları sahəsi üzrə ixtisaslara maraq daha da artıb.

BMU-nun tələbə qəbulu planında digər ən mühüm yenilik 7 ixtisas üzrə ikili diplom proqramının tətbiqidir ki, bu da universitetin tarixində bir ilkdir. Proqramlardan biri tam dövlət təqaüdlü olmaqla Koreya (Cənubi) Respublikasının nüfuzlu İNHA Universiteti ilə birgə icra edilir. Prezident İlham Əliyevin ötən ayın sonunda imzaladığı “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamla proqramın icra müddəti 2030-cu ilədək təmin olunacaq. BMU-İNHA ikili diplom proqramına 2025/2026-cı tədris ili üçün 4 ixtisas - “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları”, “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq.

Digər ikili diplom proqramı isə Çin Xalq Respublikasının Pekin Kimya Texnologiya Universiteti ilə birgə Kimya, Kompüter və Mexanika mühəndisliyi ixtisasları üzrə tətbiq olunacaq. 2+2 modelinə əsaslanan proqrama müvafiq olaraq BMU-da I, II kursları uğurla başa vuran tələbələr müvafiq prosedurları keçdikdən sonra III, IV kurs təhsillərini Çində davam etdirəcəklər. Təhsillərinin sonunda tələbələr iki bakalavr diplomu əldə edəcəklər. Bu, Azərbaycan və Çin universitetləri arasında bakalavriat səviyyəsində həyata keçiriləcək ilk ikili diplom proqramıdır.

BMU-da tədris olunacaq ixtisaslar üzrə, ümumilikdə 2585 plan yeri ayrılıb ki, onlardan 1745-i Azərbaycan bölməsi (əyani), 200 yer qiyabi təhsil forması, 640 yer isə ingilis bölməsinin (əyani) payına düşür. Qəbul aparılacaq 39 ixtisasın 27-si birinci, 8-i ikinci, 2-si dördüncü, habelə 2-si beşinci ixtisas qrupunu əhatə edir.

“Memarlıq” və “Dizayn”, o cümlədən “Dekorativ-tətbiqi sənət” ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb. Qəbul planında bakalavriat səviyyəsi üzrə ümumilikdə 9 ixtisas (Beynəlxalq ticarət və logistika, Biznesin idarəedilməsi, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə, Marketinq, Mühasibat, Şərabçılıq, Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)) həm də qiyabi təhsil formasında tədris ediləcək.

Bütövlükdə BMU-da son illər gerçəkləşdirilən islahatlar-elmi potensialın gücləndirilməsi, infrastrukturun yenidən qurulması, təhsil və idarəetmənin müasir standartlara cavab verməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, keyfiyyət göstəricilərinin qlobal miqyasda tanınması, məzunların işlə təminatında ciddi irəliləyiş, sənaye və özəl sektorla əməkdaşlığın daha geniş müstəvidə davam etdirilməsi kimi addımlar beynəlxalq reytinqlərdə də mühüm irəliləyişlərə səbəb olub. BMU dünya universitetlərinin yeni reytinq siyahısında (QS World University Rankings 2026) ötən illə müqayisədə 550 pillə irəliləyərək 901-950 aralığında qərarlaşıb və ilk dəfə dünya üzrə TOP 1000-ə daxil olub. Bu isə BMU-nu seçən abituriyentlər üçün bir sıra əhəmiyyətli üstünlüklər vəd edir. BMU-nun dünya üzrə ilk 1000-likdə qərarlaşması təkcə universitetin beynəlxalq səviyyədə tanınması deyil, həm də təhsil keyfiyyəti və gələcək karyera imkanları baxımından vacib göstəricidir. Eyni zamanda abituriyentlər üçün bu, qabaqcıl və beynəlxalq səviyyədə tanınan bir təhsil müəssisəsində oxumaq şansı deməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 Avqust 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see253

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see191

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see161

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see154

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see144

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see142

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see137

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see135

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see135

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see133

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see133

Leonardo Di Kapriodan Titanik filmi ilə bağlı ETİRAF

21 Dekabr 2025 08:44see130

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see130

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see130

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see130

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see128

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see126

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri