Beynəlxalq ikili diplom proqramları 8 ə çatdırılıb
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ali təhsil sahəsində tətbiq edilən beynəlxalq ikili diplom proqramlarının sayı “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq 6-dan 8-ə çatdırılıb və onların icrası 2030-cu ilədək təmin ediləcək.
Eyni zamanda mövcud və yeni tətbiq ediləcək beynəlxalq ikili diplom proqramlarının maliyyələşdirilməsi, Azərbaycan Dövlət Neft Fondunun vəsaiti hesabına təmin ediləcək.
Bundan başqa, Nazirlər Kabineti dörd ay müddətində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi qaydasını təsdiq edib Azərbaycan Prezidentinə məlumat verəcək.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:51
Bu xəbər 23 İyul 2025 10:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















