Icma.az
close
up
RU
BMUnun 2 tələbəsi yataqxana xərcindən azad edildi

BMUnun 2 tələbəsi yataqxana xərcindən azad edildi

Modern.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı Mühəndislik Universitetində (BMU) Elmi Şuranın növbəti iclası olub.

Bu barədə universitetdən Modern.az-a məlumat verilib. Bildirilib ki, iclasda açılış nitqi ilə çıxış edən BMU-nun rektoru Yaqub Piriyev 2024-cü ilin son ayına qədəm qoyduğumuzu, bu ilin bütövlükdə dövlətimiz üçün uğurlu olduğunu, Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də təhsil sistemində dinamik inkişaf əldə edildiyini vurğulayıb. Azərbaycanın cari ildə daha bir mötəbər tədbirə-BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yüksək səviyyədə evsahibliyi etdiyini önə çəkən rektor ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində önəmli tədbirlərin gerçəkləşdirildiyini də bildirib. Son illərdə universitetdə dayanıqlı inkişafın təşviqi istiqamətində sistemli işlər aparıldığını, ətraf mühit strategiyası üzrə addımlar atıldığını fikirlərinə əlavə edən Yaqub Piriyev COP29 çərçivəsində açıqlanan “QS dayanıqlılıq reytinqi 2025”də BMU-nun ilk dəfə yer almasını mühüm nailiyyət kimi qiymətləndirib. Eyni zamanda il ərzində BMU tələbələrinin müxtəlif yarışmalarda, son olaraq III Beynəlxalq Kimya Olimpiadasında müvəffəqiyyət qazandığını deyib. 

Sonra qarşıda duran əsas vəzifələrdən danışan Yaqub Piriyev iclasın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Şurada maliyyə-təsərrüfat işləri üzrə prorektor Mikayıl Zeynalovun “Qış mövsümünə hazırlıq işlərinin vəziyyəti”, Memarlıq və inşaat fakültəsinin dekanı Afər Əlifovun “Memarlıq və inşaat fakültəsində tədris, elmi-tədqiqat və tərbiyə işlərinin təşkili”, o cümlədən Strategiya və keyfiyyət təminatı şöbəsinin müdiri Sevil İmanovanın “Strategiya və keyfiyyət təminatı şöbəsinin fəaliyyətinin nəticələri haqqında” hesabatları dinlənilib. İclasda hər üç məsələ istiqamətində geniş müzakirələr aparılıb, irəli sürülən təklif və tövsiyələr nəzərə alınmaqla hesabatlar qəbul olunub.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda beynəlxalq akkreditasiya, IT ixtisaslarında tədris prosesinin daha effektiv təşkili məsələlərinə toxunulub, bununla əlaqədar aidiyyəti strukturlara müvafiq tapşırıqlar verilib.

Elmi Şurada şəhid ailəsinin üzvü olan, digəri isə maddi imkanı yaxşı olmayan 2 tələbənin yataqxana xərcindən azad edilməsi, eləcə də doktorant və dissertantların fəlsəfə doktorluğu üzrə dissertasiyası, bir sıra şöbələrin yeni əsasnamələrinin təsdiqi, Məzun Assosiasiyasının yaradılması barədə rəylər dinlənilməklə müsbət qərarlar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Dekabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri