Icma.az
close
up
RU
Boçorişvili: Gürcüstan Azərbaycan Türkiyə əməkdaşlığı faydalı layihələr həyata keçirə biləcəyimizi sübut edir

Boçorişvili: Gürcüstan Azərbaycan Türkiyə əməkdaşlığı faydalı layihələr həyata keçirə biləcəyimizi sübut edir

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 17 sentyabr, AZƏRTAC

Gürcüstanın üç qonşusu - Azərbaycan, Ermənistan və Türkiyə ilə strateji tərəfdaşlığı var, hər üç ölkə ilə əlaqələr bizim üçün çox dəyərlidir. Qlobal təhlükəsizlik məsələlərində də, ilk növbədə, əlbəttə ki, qonşularımızla münasibətlərdən danışmağa başlamalıyıq, qonşularımızla münasibətlər bizim üçün əsas prioritetdir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili ölkənin Birinci Kanalının (1tv.ge) “Cari mövzu – Maka Tsintsadze ilə” verilişində deyib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan və Ermənistan Xarici İşlər nazirlikləri arasında ilk görüşə Tbilisi ev sahibliyi edib. Biz, bölgə üçün vacib olan mövzuları müzakirə etməyə hazırıq və biz bu prosesdə tərəfdaşlarımızla fəal şəkildə çalışacağıq.

XİN rəhbəri deyib ki, Gürcüstan Azərbaycan və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatında bir sıra mühüm layihələr həyata keçirib və bu əməkdaşlıq ölkələrimizin mehriban qonşuluq və dostluq münasibətləri vasitəsilə təkcə özümüz üçün deyil, həm də daha geniş region üçün faydalı layihələr həyata keçirə biləcəyini sübut edir.

“Geniş regiona artıq Mərkəzi Asiya və Avropa ölkələri daxildir ki, bu ölkələr üçün regionumuzun təhlükəsizliyi və əməkdaşlığı da mühüm əhəmiyyət kəsb edir. Gürcüstan hökuməti də bunun üçün, ilk növbədə, qonşu dövlətlərlə əlaqələri gücləndirməyə çalışır. Bu da bizim təhlükəsizliyimiz, regionumuzun iqtisadi inkişafı üçün çox vacibdir və təbii ki, biz bu istiqamətdə işi davam etdirəcəyik”, - deyə Boçoriaşvili vurğulayıb.

Nazir deyib: “Çox yaxında Tbilisidə daha bir beynəlxalq konfrans keçiriləcək və burada bir daha ölkəmizin rolu, funksiyası, Gürcüstanın bu istiqamətdə inkişaf etdirdiyi beynəlxalq əməkdaşlıq haqqında danışmaq imkanımız olacaq”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Sentyabr 2025 10:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see289

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see239

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see225

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see204

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see194

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see184

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see179

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see174

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see167

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see165

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see162

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see154

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see152

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see148

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see145

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see144

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see143

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see143

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see140

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri