Gürcüstan və Özbəkistan prezidentləri Orta Dəhlizin inkişafını müzakirə ediblər
Icma.az, Bakivaxti saytına istinadən bildirir.
Gürcüstan prezidenti Mixeil Kavelaşvili Antalyada Özbəkistanın dövlət başçısı Şavkat Mirziyoyev ilə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, tərəflər əsas diqqəti Gürcüstanla Özbəkistan arasında strateji tərəfdaşlığın əsas istiqamətlərinə, həmçinin siyasi, ticari-iqtisadi, nəqliyyat, təhsil və mədəniyyət sahələrində əməkdaşlıq məsələlərinə yönəldiblər.
Görüşdə iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, Özbəkistan investisiyalarının cəlb edilməsi və turizm sektorunda əməkdaşlıq məsələlərinə toxunulub.
Tərəflər həmçinin Orta Dəhlizin inkişafı məsələlərini və Mərkəzi Asiyadan Avropaya Gürcüstan limanları vasitəsilə yük daşımalarının həyata keçirilməsi potensialını müzakirə ediblər.
Dövlət başçıları beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini də nəzərdən keçiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 10 Noyabr 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















