Icma.az
close
up
RU
Boğulma hallarında ilk yardımda peşəkarlıq şərtdir EKSPERT

Boğulma hallarında ilk yardımda peşəkarlıq şərtdir EKSPERT

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Sadə kəndir, taxta parçası belə həyat qurtara bilər


Son zamanlar çimərliklərdə boğulma halları artıb, səbəb isə çox vaxt eynidir: valideyn səhlənkarlığı, nəzarətsizlik və təhlükəsizlik qaydalarına biganə yanaşma. Bir neçə dəqiqəlik diqqətsizlik bəzən gənc bir ömrün yarımçıq qalması ilə nəticələnir. Təhlükənin böyüklüyü isə təkcə bir ailəyə deyil, ətrafdakıların da həyatına təsir edir. Adətən bu cür hallarda boğulan şəxsin yaşaması, başqasının öz həyatını riskə atması hesabına mümkün olur. Hər yay eyni ssenari təkrar olunur, azyaşlılar və yeniyetmələr nəzarətsiz şəkildə dənizə girir, nəticədə onları xilas etməyə çalışan digər şəxslər də təhlükəyə düşür. Belə hallarda qəhrəmanlıq edən insanlar olur. Amma bəzən bu qəhrəmanlığın qiyməti onların öz həyatı olur.


Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Sherg.az-a açıqlamasında bildirib ki, boğulma hadisələrinin qarşısının alınması və boğulan şəxslərə yardım zamanı təhlükəsizlik məsələləri xüsusilə diqqət mərkəzində saxlanılmalıdır. Onun sözlərinə görə, boğulan şəxsi xilas etmək kifayət qədər çətin və peşəkar yanaşma tələb edən bir prosesdir və bu işi yalnız xüsusi hazırlıq keçmiş, sertifikatlı, peşəkar xilasedicilər həyata keçirməlidir:

 “Boğulan şəxsi xilas etmək özü belə təcrübə tələb edən bir əməliyyatdır və bunu yalnız ixtisaslaşmış, sertifikatlı, bu sahədə peşəkar olan şəxslər – yəni xilasedicilər həyata keçirməlidir. Əksər hallarda insanlar insanlıq naminə dərhal boğulan şəxsə kömək etməyə çalışırlar. Lakin belə hallarda yardım etmək istəyən şəxsin özü də böyük təhlükə ilə üzləşə  bilər. Boğulan şəxsi xilas etməyə çalışan adam öz həyatını da risk altına atmış olur. Çünki boğulan insan instinktiv olaraq sudan çıxmağa çalışdığı üçün ətrafındakı hər kəsdən, o cümlədən ona kömək etmək istəyən şəxsdən yapışa bilər. Bu isə hər iki şəxs üçün həyati təhlükə yaradır. Belə situasiyalarda soyuqqanlı davranmaq və doğru addımlar atmaq vacibdir. Ona görə də bu, çox ciddi yanaşma tələb edən məsələdir. Yaxşı olar ki, belə vəziyyətdə kömək etmək istəyən şəxs əlində olan kəndiri boğulan şəxsə uzatsın, həmin kəndirlə onu çəksin. Yaxud da xilasetmə şarı, əşya və ya digər vasitələrlə boğulanı sudan çıxarmağa çalışsın. Bir neçə nəfər bir-birinin əlindən tutaraq da bu yardımı göstərə bilər. Əgər həmin şəxs yüksək səviyyədə üzmə bacarığına və xilasetmə təcrübəsinə malik deyilsə, suya tullanmaqla özünü də təhlükəyə atmış olur. Çünki boğulan şəxs ona yaxınlaşan istənilən kəsdən tutaraq suyun üzərinə çıxmağa çalışır. Bu isə əlavə təhlükə yaradır və nəticə etibarilə kömək etmək istəyən şəxs də boğula bilər. Bütün bu nüanslar nəzərə alınmalıdır”.

Ekspertin sözlərinə görə, əgər yardım etmək istəyən şəxs üzmə bacarığına və bu sahədə təcrübəyə malik deyilsə, suya tullanmaqla həm özünü, həm də boğulan şəxsi həyati riskə atmış olur. E.Nurəliyev bildirib ki, belə hallarda düşünülmüş və təhlükəsiz davranış qaydaları əsas prinsip kimi qəbul edilməlidir: “Bu cür situasiyalarda  kömək etmək istəyən şəxs əynindəki paltarı çıxarıb uzatsın ki, boğulan şəxs ondan tuta bilsin. Həmin hissədən dartaraq onu sudan çıxarmaq mümkündür. Eyni zamanda bir taxta parçası da uzatmaq olar. O vasitə ilə həmin insanı çəkməyə çalışmaq daha doğru olar. İnsanlar bu kimi hallara qarşı diqqətli olmalıdırlar. Ən vacib məqam isə odur ki, nəzarətsiz çimərliklərə getmək olmaz. Yalnız fəaliyyətinə rəsmi icazə verilmiş çimərliklərə üz tutmaq lazımdır. Çünki həmin yerlərdə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti fəaliyyət göstərir. Bu xidmət hər il yüzlərlə boğulma təhlükəsi ilə üzləşən şəxsi xilas edərək həyata qaytarır.

Qeyd etmək lazımdır ki, FHN-in nəzarətində olan çimərliklərdə, yəni xilasedici xidmətin fəaliyyət göstərdiyi ərazilərdə indiyə qədər bir nəfər belə boğulmayıb. Bu fakt bir daha göstərir ki, həmin çimərliklər daha təhlükəsizdir. İnsanlar mütləq bu amilə diqqət yetirməlidirlər. Statistikaya əsasən, hər il dünyada 400 minə yaxın insan suda boğularaq həyatını itirir və bu ölümlərin 98 faizi məhz nəzarətsiz, xilasetmə xidməti olmayan çimərliklərdə baş verir. Bu fakt da bir daha təsdiqləyir ki, yalnız rəsmi icazə verilmiş və xilasetmə xidməti olan çimərliklərə üz tutmaq lazımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://sherg.az
archiveBu xəbər 31 İyul 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see586

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see539

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see495

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see398

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see310

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see289

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see271

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see260

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see250

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see247

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see245

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see217

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see210

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri