Icma.az
close
up
RU
Məktəbəhazırlıq ibtidai təhsilin keyfiyyətli başlanğıcı üçün mühüm şərtdir EKSPERT

Məktəbəhazırlıq ibtidai təhsilin keyfiyyətli başlanğıcı üçün mühüm şərtdir EKSPERT

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gündən etibarən, 2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyata start verilir.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, qeydiyyat “mektebeqebul.edu.az” elektron sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhəri istisna olmaqla, digər rayon və şəhərlərdə 8 iyuldan, Bakı şəhərində isə 9 iyuldan etibarən mümkün olacaq. Tədrisin digər dillərdə aparıldığı bölmələrdə isə məktəb və müəllim seçiminə 10 iyuldan start veriləcək.

Qeydiyyat prosesi 12 sentyabr 2025-ci ilədək davam edəcək. 1-30 sentyabr tarixləri arasında sənədlərin ümumi təhsil müəssisələrinə təqdim olunması həyata keçiriləcək.

Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.

Təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, Azərbaycanda məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ibtidai təhsil sisteminin keyfiyyətli əsaslar üzərində qurulması baxımından mühüm mərhələdir:


“Məktəbəhazırlıq mərhələsi yalnız uşağın məktəbə getmə yaşına çatmasını deyil, həm də onun sosial, emosional və intellektual baxımdan məktəb mühitinə adaptasiya olunmuş formada məktəbə başlamasını nəzərdə tutur. Lakin bu mərhələnin təşkili, proqram təminatı, pedaqoji heyətin hazırlığı və əhatəlilik baxımından hələ də təkmilləşdirilməli istiqamətləri mövcuddur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 11 iyul 2016-cı il tarixli 271 nömrəli qərarı ilə təsdiq edilmiş “Məktəbəhazırlıq təhsil proqramı (kurikulum)” bu sahədə normativ bazanı formalaşdırır. Sənədə əsasən, məktəbəhazırlıq təhsilinə cəlb olunan uşaqlar əsasən 5 yaşını tamamlamalı və tədris ilinin başlanğıcına qədər bu yaş həddini keçmiş olmalıdır. Bu yanaşma uşağın fiziki və psixoloji inkişaf mərhələsinin ibtidai təhsilə uyğun olub-olmamasını təmin etməyə yönəlib. 2024–2025-ci tədris ilində ölkə üzrə 91.584 uşaq məktəbəhazırlıq qruplarına cəlb olunub. Bu, 5 yaşlı uşaqların ümumi sayının təxminən 80%-ni təşkil edir və əvvəlki illərlə müqayisədə 6% artım müşahidə olunub. Məktəbəhazırlıq proqramının əsas üstünlüklərindən biri ondadır ki, burada uşaqlar oxu-yazı öyrənmirlər, lakin oxu və yazıya hazırlıq məqsədilə fonematik eşitmə, məntiqi ardıcıllıq, təlim dinləmə bacarığı, ətraf aləmi qavrama kimi təməl bacarıqlar üzərində işləyirlər. Riyazi düşüncənin təməli də bu mərhələdə qoyulur: sayma, ölçü, məkan və zaman anlayışları, fiqurların tanınması kimi elementar anlayışlar praktiki məşğələlərlə öyrədilir. Bu, uşağın məktəbdə tətbiq ediləcək strukturlaşdırılmış öyrənmə prosesinə psixoloji və intellektual cəhətdən hazırlığını təmin edir. Bununla belə, proqramın icrasında bəzi mənfi cəhətlər də özünü göstərir. Əvvəla, bütün regionlarda məktəbəhazırlıq qruplarına bərabər çıxış imkanı yoxdur. Xüsusilə ucqar kənd və dağlıq ərazilərdə maddi-texniki baza zəif olduğu üçün məktəbəhazırlıq fəaliyyətləri ya formal olaraq həyata keçirilir, ya da ümumiyyətlə təşkil olunmur. 2023-cü ilin Təhsil Nazirliyinin məlumatına görə, 27 rayonda məktəbəhazırlıq qruplarının texniki təminatı qeyri-kafi səviyyədədir. Bu isə təhsildə regionlararası bərabərsizliyi dərinləşdirir”.


Eksperin sözlərinə görə digər problem isə pedaqoji kadr çatışmazlığıdır:

“Hətta bəzi məktəblərdə məktəbəhazırlıq qruplarına təsadüfi ixtisaslı və ya əlavə iş yükü olan müəllimlər təhkim olunur. Halbuki bu mərhələdə çalışan pedaqoqların xüsusi uşaq psixologiyası, oyunla təlim metodikası və ibtidai hazırlıq üzrə ixtisaslaşmış mütəxəssislər olması zəruridir. Bu istiqamətdə müəllimlərin davamlı təlim və ixtisasartırma proqramları zəif təşkil olunub. Beynəlxalq təcrübədə – xüsusilə Estoniya, Finlandiya, Yeni Zelandiya və Kanada kimi ölkələrdə məktəbəqədər təhsildə çalışan pedaqoqlar üçün ayrıca sertifikatlaşdırma sistemləri mövcuddur və onların əməkhaqqı ibtidai sinif müəllimlərinin maaşından daha yüksəkdir. Bu, həmin sahəyə peşəkar axını stimullaşdırır. Müsbət tərəfi ondan ibarətdir ki, son illər məktəbəhazırlıq təhsilinin dövlət büdcəsi hesabına maliyyələşməsi nəticəsində bu xidmət daha geniş əhali təbəqələri üçün əlçatan olub. Ailələrin bu sahəyə marağı artıb və iştirak könüllü olsa da, demək olar ki, böyük əksəriyyət bu prosesdə iştirak edir. Bu artımın davamlı olması üçün məktəbəhazırlıq qruplarının həm keyfiyyəti, həm də miqyasının artırılması vacibdir. Gələcəkdə dəyişməli olan əsas məsələlərdən biri məktəbəhazırlıq mərhələsinin qanunvericilikdə ümumi təhsil sisteminin birinci mərhələsi kimi tanınmasıdır. Hazırda bu mərhələ könüllü xarakter daşıyır, lakin beynəlxalq nümunələrə əsaslanaraq bu mərhələnin icbari mərhələyə çevrilməsi nəzərdən keçirilməlidir. Məsələn, Fransa və Almaniyada məktəbəqədər hazırlıq 3 yaşdan başlayaraq icbaridir və bu yaşdan uşaqlar məktəb sisteminə mərhələli inteqrasiya olunurlar. Bu isə uşağın təkcə məktəbə deyil, həm də sosial həyata daha tez uyğunlaşmasını təmin edir. Bundan başqa, məktəbəhazırlıq proqramlarının müxtəlif yaş qrupları üçün diferensiallaşdırılması, valideynlərin pedaqoji maarifləndirilməsi və uşaqların sosial bacarıqlarının inkişafına yönəlik əlavə komponentlərin artırılması mütləqdir. Bu məqsədlə psixoloq və loqoped dəstəyi də məktəbəhazırlıq mərhələsinə inteqrasiya edilməlidir. Ümumilikdə, məktəbəhazırlıq təhsili ibtidai təhsilin keyfiyyətli başlanğıcı üçün mühüm şərtdir və onun təşkilində sistemli yanaşma tətbiq olunarsa, ölkədə təhsilin ümumi keyfiyyət göstəriciləri artar. Bu mərhələnin təkmilləşdirilməsi, pedaqoji heyətin səriştələndirilməsi və əhatəliliyinin genişləndirilməsi nəticə etibarilə 1-ci sinifdə məktəbə adaptasiya problemi yaşayan uşaqların sayını əhəmiyyətli dərəcədə azaldacaq və məktəbdə uğur ehtimalını artıracaq. Təhsildə uğur təsadüfi deyil, ilk addımdan doğru istiqamətlənmənin nəticəsidir. Məktəbəhazırlıq isə həmin ilk və həlledici addımdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 İyun 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri