Bölgədə daha bir stadion təmirə bağlanır
Idman.biz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Qazax şəhər stadionunun vəziyyəti ilə bağlı yerində baxış keçirib.
İdman.biz İdmanxeber.az-a istinadən xəbər verir ki, federasiya nümayəndələri stadionun infrastrukturu ilə yaxından tanış olub və mövcud vəziyyəti dəyərləndiriblər.
Baxış zamanı stadionun uzunmüddətli icarəyə götürülməsi və genişmiqyaslı yenidənqurma işlərinin aparılması məsələsi gündəmə gəlib. AFFA-nın planına görə, kompleks müasir standartlara uyğun şəkildə təmir ediləcək, azarkeşlər üçün rahat şərait yaradılacaq və bölgədə futbolun inkişafı üçün əhəmiyyətli bir idman infrastrukturu formalaşdırılacaq.
Layihə çərçivəsində meydanın örtüyünün yenilənməsi, tribuna və soyunub-geyinmə otaqlarının təmiri, həmçinin işıqlandırma və təhlükəsizlik sistemlərinin quraşdırılması nəzərdə tutulur.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 İyul 2025 15:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















