Azərbaycanda daha bir stadion təmirə bağlanır İcra başçısının göstərişi ilə
Idmanxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bölgədəki stadionlardan daha birində təmir-bərpa işləri başlaya bilər.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, söhbət Ağdaş şəhər stadionundan gedir.
II liqada çıxış edən “Ağdaş” klubu ev oyunlarını bu arenada keçirir. Stadion baxımsız durumda olduğundan arenanın təmirə bağlanma ehtimalı var.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ötən günlərdə stadiona baş çəkib, ümumi durumla tanış olub. Daha sonra isə şəhər başçısı stadiondakı problemlərin aradan qaldırılması ilə bağlı öz göstərişlərini verib.
Arenada futbolçular üçün paltardəyişmə, konfrans, tibb, hakimlər, texniki heyət üçün otaqların yenidən təmir olunması planın əsas hissəsidi.
Qeyd edək ki, stadion Təhsil nazirliyinin balansındadı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 28 May 2025 10:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















