Icma.az
close
up
RU
“Bölgədə sülh perspektivlərinin formalaşmasına zəmin yaranıb”

“Bölgədə sülh perspektivlərinin formalaşmasına zəmin yaranıb”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ Prezidenti Trampın iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin Ağ Evdə sülh müqaviləsinin müzakirəsi üçün baş tutan tarixi görüş iki ölkə arasında sülh istiqamətində atılan addımların ən əhəmiyyətlisi oldu”.

Bunu Xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov diqqətə çatdırıb ki, Ağ Evdə imzalanan bəyannamə təkcə iki ölkə üçün deyil, bütövlükdə regionun gələcək sabitliyi baxımından mühüm strateji əhəmiyyət kəsb edir: “Bu sənəd uzun illər davam edən gərginlikdən sonra bölgədə real sülh perspektivlərinin formalaşmasına, tərəflərin beynəlxalq hüquqa əsaslanan münasibətlər qurmasına zəmin yaradır. Qarşılıqlı şəkildə ərazi bütövlüyünün tanınması, Ermənistanın Konstitusiyasında Azərbaycanın suverenliyinə zidd müddəaların çıxarılması və Zəngəzur dəhlizindən maneəsiz keçidin təmin edilməsi hər iki ölkəyə real və dayanıqlı əməkdaşlıq perspektivləri açır”.

Deputat qeyd edib ki, Amerikada imzalanan bəyannamə təkcə logistik təhlükəsizliyi deyil, həm də böyük iqtisadi layihələrin icrasını təmin edəcək: “Eyni zamanda tərəflər arasında etimadı gücləndirərək bölgədə sabit əməkdaşlıq mühitinin formalaşmasına xidmət edəcək. Bəli, Vaşinqtonda əsrin hadisəsi yaşandı. Əslində artıq deyə bilərik ki, sülh təmin olundu və bu, ölkələrimizin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş verdi”.

M.Cəfərovun sözlərinə görə, D.Tramp ABŞ Prezidenti seçildikdən sonra iki ölkə arasında münasibətlərin inkişafı üçün yeni imkanlar açıldı, ABŞ-Azərbaycan münasibətləri keyfiyyətcə yeni mərhələyə qədəm qoydu: “Artıq iki ölkə arasındakı əməkdaşlıqlar strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumu” buna əyani sübutdur. Düşünürəm ki, Ağ Ev görüşü zamanı imzalanan Bəyannamə qədər əhəmiyyətli olan hadisə Prezident Tramp tərəfindən "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanması oldu. Bəli, bu 907 saylı düzəliş uzun illər dövlətimizə qarşı ən böyük haqsızlıq idi. Cənab Prezident İlham Əliyev Azərbaycan dövlətinə və xalqına qarşı olan bu, haqsızlığı da aradan qaldırdı”.

O həmçinin deyib ki, birgə Bəyannamə Azərbaycanın, Prezident İlham Əliyevin növbəti qələbəsidir: “Ermənistan Azərbaycanın bütün şərtlərini qəbul etdi. Minsk Qrupunun ləğvi üçün birgə məktub imzalandı. Ermənistan öz konstitisiyasından ərazi iddiasını ehtiva edən müddəanın çıxarılmasını qəbul etdi. İlham Əliyev hər çıxışında deyirdi, Zəngəzur dəhlizi açılmalıdır və açılacaq. Azərbaycanın qalib lideri Vaşinqtonda bu məqsədinə də nail oldu”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 14 Avqust 2025 02:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see243

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see237

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see215

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see211

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see180

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see165

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see160

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see153

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see148

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see147

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see144

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see140

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see138

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see137

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see132

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see131

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri