Bölgələrdə “Himayədar ailə” mövzusunda görüşlər keçirilib
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” institutunun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada təşkil edilən görüşlərdə 300-dən çox vətəndaş iştirak edib.
Görüşlər zamanı “Himayədar ailə” qayğı modelinin üstünlüklərindən bəhs edilib.
Qeyd edilib ki, bu model valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsinə yönəlmiş alternativ qayğı növüdür.
Eyni zamanda himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Gülər
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 09 Sentyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















