Icma.az
close
up
RU
Bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanların sayı niyə azalır? ESKPERTLƏRDƏN AÇIQLAMA

Bölgələrdə kənd təsərrüfatı ilə məşğul olanların sayı niyə azalır? ESKPERTLƏRDƏN AÇIQLAMA

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son illərdə bölgələrdən paytaxta köç edən insanların sayı artmaqdadır. Bunun əsas səbəblərindən biri doğulduqları yerlərdə kifayət qədər qazanc əldə edə bilməmələridir. Kənd təsərrüfatı və heyvandarlıq üçün lazımi şəraitin olmaması, suvarma suyunun çatışmazlığı, keyfiyyətli toxum və gübrə qıtlığı, məhsulların bazara çıxarılmasında problemlər insanları alternativ iş sahələrinə yönəldir.

Bölgələrdə sosial infrastrukturun zəifliyi, təhsil və səhiyyə xidmətlərinin məhdud olması da şəhərə köçü sürətləndirir. Gənclər daha yaxşı imkanlar üçün paytaxta üz tutur. Bu problemlərin həlli üçün kənd təsərrüfatına dövlət dəstəyi artırılmalı, fermerlərə güzəştlər verilməli və bölgələrin inkişafı üçün real addımlar atılmalıdır. Əks halda, şəhərlərə axın davam edəcək.
Bəs vətəndaşlar bölgələrdə təsərrüfatla məşğul olmaq əvəzinə niyə Bakıda aşağı maaşla işləməyi üstün tuturlar?

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev Avtosfer.az-a açıqlamasında bildirib ki, kənddən şəhərə axının artmasının və regionların inkişafının qarşısını alan problemlərin bir çox səbəbi var:

“Son illərdə Azərbaycanda bu proses sürətlə davam edir. İnsanların kəndlərdən və regionlardan paytaxta köç etməsi həm iqtisadi, həm sosial, həm də infrastruktur baxımından ciddi təsirlər yaradır.

Bu gün bir çox Avrasiya ölkələrində regionların ÜDM-dəki payı 10%-dən aşağıdır. Çünki regionlarda yaşayan insanlar daha yaxşı imkanlar əldə etmək üçün paytaxta köç edir. Bu da həm bölgələrin sosial-iqtisadi inkişafına mənfi təsir göstərir, həm də şəhərlərdə sıxlıq, nəqliyyat problemləri və yaşayış xərclərinin artması kimi fəsadlar yaradır.
Bu tendensiyanın bir neçə əsas səbəbi var. İlk növbədə, regionlarda iş imkanlarının məhdudluğu, gənclərin sosial və mədəni ehtiyaclarının lazımi səviyyədə ödənilməməsi, kənd təsərrüfatında və digər sahələrdə işləmək üçün lazımi şəraitin olmaması şəhərə köçü stimullaşdırır. Eyni zamanda, paytaxt və regionlar arasında infrastruktur və yaşayış şəraiti baxımından böyük fərqlərin olması bu prosesin qarşısını almağı çətinləşdirir.

Azərbaycanda regionların inkişafı üçün 2014-cü ildən dövlət proqramı tətbiq olunsa da, bu hələ də kəndlərdən şəhərə axının qarşısını tam ala bilmir. Bunun üçün əlavə layihələrin həyata keçirilməsi vacibdir.

Türkiyədə bu məsələnin həlli üçün uğurlu təcrübələr mövcuddur. Belə ki, orada kənd təsərrüfatı ilə məşğul olan insanlara maliyyə dəstəyi göstərilir, gənc fermerlər üçün xüsusi güzəştli kreditlər və vergilər tətbiq edilir. Məsələn, "Gənc Fermer" layihəsi çərçivəsində 18-41 yaş arası şəxslərə subsidiyalar ayrılır və onların kənd təsərrüfatı sahəsində öz bizneslərini qurmasına imkan yaradılır. Bundan əlavə, kənd təsərrüfatı ilə məşğul olmaq istəyənlərə güzəştli şərtlərlə heyvanlar verilir və müəyyən müddət ərzində onların saxlanması üçün şərait yaradılır”.

Sosioloq əlavə edib ki, Azərbaycanda da bu cür təşəbbüslər tətbiq edilə bilər:

“Məsələn, rayon mərkəzlərini daha cəlbedici etmək üçün teatr və digər mədəniyyət tədbirlərinin regionlarda təşkili, sahibkarlara xüsusi güzəştlərin verilməsi və regionlarda fəaliyyət göstərən bizneslər üçün vergi yükünün azaldılması mümkündür. Eyni zamanda, bölgələrdə qazlaşdırma, yolların abadlaşdırılması və kommunal xidmətlərin yaxşılaşdırılması kənd yerlərinin inkişafına töhfə verə bilər.

Bu kimi təşəbbüslər həyata keçirildiyi təqdirdə, paytaxtdan kənarda da rahat yaşayış və iş imkanları yaradılar, nəticədə insanların regionlardan şəhərə köç etməsinin qarşısı müəyyən dərəcədə alına bilər”.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, Azərbaycan hər il 2 milyard 200 milyon dollardan çox, yəni 4 milyard manatdan artıq dəyərdə yeyinti məhsulları idxal edir:

“Halbuki bu məhsulları ölkə daxilində istehsal etmək mümkündür. Bu qədər valyutanı xaricə göndəririk, halbuki özümüzün daha çox ehtiyacı var. Ölkə iqtisadiyyatını genişləndirib böyütmək üçün yerli istehsala önəm verməliyik.

Bəs niyə kəndli torpağını atıb, mal-qarasını satıb, şəhərə qaçır? Ümid edirlər ki, şəhərdə işsiz qalmazlar. Amma kənd təsərrüfatında normal şərait olsa, fermerlər yaxşı qazanc əldə edə bilər və şəhərə köç etməyə ehtiyac duymazlar. Problem ondadır ki, uzun müddət kənd təsərrüfatına lazımi diqqət yetirilmədi. Bu səbəbdən torpaqlarımızda deqradasiya prosesi sürətlə gedir. Fermerlərin suvarma suyuna olan ehtiyacları ödənilməlidir. Ölkədə keyfiyyətli toxum və gübrə istehsal edilmir. İstehsal olunan məhsulun bazara çıxarılması, ixracı və saxlanması ilə bağlı ciddi problemlər mövcuddur. Bu problemləri kəndlilərin öz gücü ilə həll etməsi mümkün deyi”l.
Ekspert əlavə edib ki, torpağın münbitliyi qorunmalı, keyfiyyətli toxum materialı olmalı və peşəkar kadrlar yetişdirilməlidir ki, onlar kəndlilərə məsləhət versin və ya özləri kəndlərdə biznes quraraq yerli əhalini bu sahəyə cəlb etsinlər. Hazırda isə elə bir proses gedir ki, yaxın bir neçə ildə idxalın həcmi ciddi şəkildə artacaq. 
“Bu azalma elə bir həddə çata bilər ki, ölkəmiz tam olaraq idxaldan asılı vəziyyətdə qalsın. Azərbaycan tarixən heyvandarlıqla məşğul olub, amma hazırda kifayət qədər ət istehsal etmir.

İnsanlar kəndə geri dönmürlər, çünki kəndlərdə vəziyyət olduqca ağırdır. Bəzi kəndlərdə içməli su və qaz yoxdur, elektrik enerjisi ilə bağlı problemlər mövcuddur. Bu kimi infrastruktur çatışmazlıqları həll olunmadıqca kənd təsərrüfatının inkişafı və insanların kəndlərdə qalması mümkün olmayacaq”.

Eltac Zülfüqaroğlu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Mart 2025 16:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri