Icma.az
close
up
RU
Bölgələrdə sosialiqtisadi inkişaf dinamikası: Regionların mövcud potensialı necə üzə çıxarılmalıdır? Yeni Çağ Media

Bölgələrdə sosialiqtisadi inkişaf dinamikası: Regionların mövcud potensialı necə üzə çıxarılmalıdır? Yeni Çağ Media

Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, bölgələrdəki iqtisadi potensialın gücləndirilməsi, işsizlik səviyyəsinin azaldılması və həyat keyfiyyətinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərdən biridir. Bu inkişaf yalnız şəhərlərə deyil, həm də kənd və uzaq bölgələrə yönəldilir. Nəticədə isə regionlar arasında inkişaf fərqlərinin aradan qaldırılması mümkün olur. Dövlət və özəl sektor əməkdaşlığı bu məqsədin həyata keçirilməsində mühüm rol oynayır.

Sözügedən sahədə inkişafın təşviqi üçün infrastruktur layihələrinin gücləndirilməsi, yeni iş yerlərinin yaradılması və regionlara investisiyaların cəlb edilməsi vacib amildir. Həmçinin yerli sahibkarlığın dəstəklənməsi, təhsil və sağlamlıq xidmətlərinin inkişafı da sosial-iqtisadi inkişafı sürətləndirir. Kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrə yönəldilən investisiyalar yerli iqtisadiyyatı şaxələndirərək daha dayanıqlı və rəqabətli edir.

Sosial-iqtisadi inkişafın təşviqi həm də əhali arasında sosial ədalətin bərpa olunmasına və həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Dövlət tərəfindən həyata keçirilən regionların inkişafı proqramları mövcuddur. Məhz iqtisadi islahatlar və sosial layihələr vasitəsilə kənd və şəhər əhalisi arasında gəlir fərqləri azaldılır. Bir sözlə, bu addımlar ölkənin ümumi iqtisadi inkişafına müsbət təsir göstərir və cəmiyyətin bütün təbəqələrini əhatə edən inkişaf modelinə zəmin yaradır.

Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Azər Badamov bildirib ki, regionların inkişaf etdirilməsi və mərkəzlə regionlar arasındakı fərqin aradan qaldırılması dövlətin siyasi kursunun təməlini təşkil edir.

Məhz buna görə 2003-cü ildə Prezident İlham Əliyevin sərəncamı ilə “Regionların Sosial İqtisadi İnkişafına” dair Dövlət Proqramının təsdiq olunduğunu qeyd edən deputat sözlərini belə davam etdirib:

“2004-cü ildən icra olunmağa başlayan bu Dövlət Proqramı çərçivəsində yeni Azərbaycan quruldu. Bu gün əminliklə deyə bilərik ki, respublikamızın hər bir yaşayış məntəqəsi inkişaf proqramlarına daxil edilib, bütün regionlarda yol infrastrukturu, səhiyyə və təhsil ocaqları yenidən tikilib, region və şəhərlərin hamısı içməli su və kanalizasiya xidmətləri ilə təmin edilib. O cümlədən respublika üzrə qazlaşma 96 faizi ötüb. Elektrik enerjisinin dayanaqlı təminatı üzrə işlər həyata keçirilir. Rabitə və sürətli internet xidmətləri bütün regionlarımızı 100 faizə yaxın əhatə edir. Həmçinin son 20 ildə regionlarımızın sosial infrastrukturu müasirləşdirilib. 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad olunan ərazilərin yenidən qurulması və bərpası sürətlə icra olunur.

Belə ki, 2025-ci il də daxil olmaqla işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına 23 milyard manat vəsait ayrılıb. Bir zamanlar öz dədə-baba yurdundan didərgin düşən məcburi köçkünlər indi müasir formada inşa edilən evlərinə qayıdırlar. İşğaldan azad olunan ərazilər və Naxçıvanın sosial-iqtisadi inkişafı ilə bağlı yeni Dövlət Proqramı qəbul olunub.

Bir sözlə, əminliklə deyə bilərik ki, görülən işlər kompleks xarakter daşıyır və vətəndaşların rifahının yaxşılaşmasına xidmət edir. Düzdür, regionların inkişafı ilə bağlı meqalayihələr icra olunub. Ancaq yenə də həllini gözləyən bir sıra məsələlər qalmaqdadır. Belə ki, regionların qazlaşdırılması respublika səviyyəsinə çatdırılmalıdır. Elektrik şəbəkəsinin yenidən qurulması prosesi davam etdirilməlidir. Respublika üzrə müasirləşdirilməli olan 300-dən çox orta məktəb binasının yenidən qurulmasına ehtiyac var. Yerdə qalan xırda məsələlər də qarşıdan gələn dövrdə öz həllini tapacaq. Vətəndaşlarımızın rifahı daha da yaxşılaşacaq.

Yanaşı olaraq, regionların iqtisadi potensialından səmərəli istifadə olunması istiqamətində də işlər görülməlidir. Belə ki, regionlarda sənaye sahələrinin açılması üçün sahibkarlıq subyektləri ilə maarifləndirilmə işləri aparılmalıdır. Çünki regionların sənaye potensialı yüksəkdir. Bu baxımdan, yeni konserv zavodları və fabriklər açılarsa, iş yerlərinin genişləndirilməsinə imkan yaranacaq. Bu da, ümumiyyətlə, işsizliyin minimuma enməsinə və regionların iqtisadi aktivliyin artmasına töhfə verəcək”.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, regionlarda iqtisadi inkişaf proqramı dedikdə daha çox yolun çəkilməsi, parkların salınması, diaqnostika mərkəzlərinin qurulması, yaxud müəssisələrin təmiri başa düşülür.

“Düzdür, bu xərcləri dövlət üzərinə götürdüyü öhdəliklər kimi həyata keçirir, ancaq regionların inkişafında yenə də disproporsionallıq qalmaqdadır. Yenə də iqtisadiyyatın əhəmiyyətli hissəsi Bakı və Abşeron yarımadası ərazisində formalaşır.

Bu kimi işlərin həyata keçirilməsinə region əhalisi cəlb edilməlidir ki, işsizlik problemləri aradan qalxsın. Belə olan halda regionlarda sosial vəziyyət müsbətə doğru dəyişəcəkdir. Ümumi yanaşsaq, qeyri-neft sektorunun inkişaf etdirilməsi daha aktual məsələdir. Əgər bu sahəyə diqqət ayrılarsa, yeni iş yerləri açılar və ölkə iqtisadiyyatında isə daha da yüksəliş olar”.

Nəsimi Ələsgərli

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” istiqaməti üzrə hazırlanıb.

www.yenicag.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 12 Dekabr 2024 22:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see281

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see254

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see224

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see209

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see206

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see195

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see183

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see182

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see177

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see165

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see163

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see162

Agentlik 8 ölkədən jurnalist və blogerləri Azərbaycana gətirmək istəyir

25 Yanvar 2026 21:16see162

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see157

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see151

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see149

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see148

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see146

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri