Deputat: “İşsizlik bölgələrdə bir nömrəli problemdir” VİDEO Yeni Çağ Media
Yenicag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“İşsizlik bölgələrdə bir nömrəli problemdir”.
Yenicag.az xəbər verir ki, bunu deputat Jalə Əliyeva Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Millət vəkili vurğulayıb ki, qəbula gələnlərin 70-80%-i işlə təmin olunmaqla bağlı müraciət edir:
“Məlumdur ki, əhalinin kütləvi şəkildə işləyə biləcəyi müəssisələr hər bölgədə mövcud deyil. Vətəndaş bir qayda olaraq dövləthesablı müəssisələrdə çalışmaq istəyir. Lakin həmin müəssisələrin işəgötürmə imkanları hüdudsuz deyil”.
J.Əliyeva bildirib ki, bölgələrdə işsizliyin aradan qaldırılmasının ən effektiv yolu kənd təsərrüfatını inkişaf etdirmək və kəndlini bu sahəyə təşviq etməkdir:
“Azgəlirli ailələr onlara ayrılan pay torpaqlarından effektiv istifadə edə bilmirlər. Məhsuldarlıq əldə etmək üçün lazım olan avadanlıqlar hər kəsə əlçatan olmadığından vətəndaş çox vaxt təsərrüfatla məşğul ola bilmir. Buna görə də dövləthesablı müəssisələrə üz tutur”.
Baku TV deputatın çıxışının videosunu təqdim edir:
www.yenicag.az
Baxış sayı:148
Bu xəbər 27 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















