Icma.az
close
up
RU
“Bölgələrdə tamaşaçıların rus dilini bilməsi bizi sevindirir, çünki...”

“Bölgələrdə tamaşaçıların rus dilini bilməsi bizi sevindirir, çünki...”

Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Teatra mütləq oranı sevən adamlar gəlməlidir. Bu müsbət haldır ki, Akademik Rus Dram Teatrının hər zaman tamaşaçısı var. Onu da qeyd etmək istəyirəm ki, bizim teatra son zamanlar turistlər axın edib. Bu turistlərin içərisində də rusdilli adamlar çoxluq təşkil edir. Onlar gəlib Bakı şəhərini gəzəndə afişanı görürlər, internetdən izləyib, daha sonra teatrımızla əlaqə saxlayırlar. Bizə gələn telefon nömrələrindən də görürük ki, bu Bakı nömrəsi deyil, xarici nömrədir. Biz özümüz üçün də statistika aparırıq ki, teatrımıza nə qədər tamaşaçı gəlir. Bunları bilmək bizim üçün də vacibdir. Analiz edəndə görürük ki, turistlərin bizə axını, tetarımıza böyük xeyri var. Tamaşaçılar teatrı seçirlər. Sonra bir-birlərinə danışırlar”

Bunu Moderator.az-a özəl açıqlamasında Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev deyib.

O daha sonra bildirib ki, sənət ocağı artıq illərdir ki, bölgələrdə qastrol səfərlərinə gedir.

“2023-cü ildən başlayaraq Mədəniyyət Nazirliyinin dəstəyi ilə bölgələrdəki teatrlara qastrol səfərləri təşkil edirik. Demək olar ki, teatr olan bütün bölgələrdə səfərlərdə olmuşuq. Teatrımız regionda olan sənət ocaqları ilə daim əlaqədə olur. Bu yaradıcı mübadilə bizim üçün də, bölgə teatrları üçün də çox yaxşı bir göstəricidir. Tamaşaçıların bölgələrdə rus dilini bilməsi əlbəttə ki, bizi sevindirir. Bütün tamaşalar anşlaqla keçirdi. Elə gün olurdu ki, biz gedib tamaşanı nümayiş etdirəndən sonra qalırdıq. Bir gün uşaqlar üçün, bir gün də böyüklər üçün tamaşa oynayırdıq. Bu layihədə bizi dəstəklədiyinə görə Mədəniyyət Nazirliyinə xüsusi təşəkkür edirik. Əlbəttə ki, istərdik və çalışacağıq ki, 2025-ci ildə də bu layihəni davam etdirək. Çünki bu layihə regionlarda mədəniyyətin inkişafına böyük təkan verir” deyə teatrın direktoru Ədalət Hacıyev deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://moderator.az
archiveBu xəbər 24 Yanvar 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri