Icma.az
close
up
RU
Azərbaycanda rus dilində təhsil qaçılmazdır, çünki... MÜSAHİBƏ

Azərbaycanda rus dilində təhsil qaçılmazdır, çünki... MÜSAHİBƏ

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Globalinfo.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru, təhsil eksperti Kamran Əsədovla müsahibəni təqdim edir:

– Kamran bəy, son zamanlar Rusiya ilə Azərbaycan arasında yaşanın sərin münasibətlər fonunda deyirlər ki, ölkədə rus məktəbləri bağlansın. Sizcə, bizə rus dilində təhsil lazımdır? 

– İlk növbədə qeyd edim ki, bu məsələ yalnız təhsil siyasəti deyil, həm də sosial, mədəni və siyasi aspektləri olan bir fenomendir.

– Hər il orta məktəblərdən rus sektorundan nə qədər məzun olur?

– Azərbaycanda rus bölməsinin mövcud vəziyyəti ilə bağlı rəsmi statistikaya əsasən, hazırda ölkədə 336 məktəbdə rus dilində tədris aparılır. Bu məktəblərdə 161 246 nəfər şagird təhsil alır. Əvvəlki illərlə müqayisədə rus bölməsində oxuyanların sayı azalmayıb, əksinə, bəzi illərdə artım müşahidə olunub. 2019-cu ildə bu rəqəm 130 min civarında idisə, son illərdə təxminən 30 min nəfərlik artım qeydə alınıb. Bu isə onu göstərir ki, müəyyən sosial qruplar və ailələr rus bölməsində təhsili hələ də daha üstün hesab edir.

– Bu məzunlar ali təhsil üçün hara müraciət edirlər?

– Rus bölməsini bitirən məzunların böyük əksəriyyəti ali təhsillərini Azərbaycanda davam etdirir. Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və digər böyük ali təhsil müəssisələrinin rus bölmələri mövcuddur. Məsələn, Bakı Slavyan Universitetində rus dili müəllimliyi ixtisasında 659 tələbə təhsil alır. Digər tərəfdən, müəyyən qismi Rusiyanın və ya digər MDB ölkələrinin universitetlərinə üz tutur. Son illərdə Rusiyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı stabil olaraq 10-15 min civarındadır. Bu, bir tərəfdən, Rusiyanın ali təhsil müəssisələrinin beynəlxalq miqyasda tanınması ilə əlaqəlidir, digər tərəfdən isə rus bölməsində oxuyan məzunların akademik və peşəkar mühitlərini rusdilli ölkələrdə daha uyğun hesab etməsi ilə bağlıdır.

– Rus dili niyə Azərbaycanda bu qədər üstün mövqeyə sahib olmalıdır?

– Rus dilində təhsilin üstünlükləri və mənfi cəhətləri haqqında mübahisələr davam edir. Valideynlərin böyük bir qismi rus bölməsini seçərkən daha keyfiyyətli təhsil, geniş ədəbiyyat bazası və gələcək iş imkanları ilə bağlı düşünür. Azərbaycanda rus dili bilən kadrlar xarici şirkətlərdə və beynəlxalq təşkilatlarda daha rahat iş tapa bilir. Bundan əlavə, bəzi valideynlər rus bölməsində tədris olunan fənlərin daha dərin və sistemli keçildiyini iddia edirlər. Digər tərəfdən, milli kimlik və mədəni dəyərlərin qorunması tərəfdarı olanlar hesab edirlər ki, uşaqların ana dilində təhsil alması onların öz tarixi və milli kimliyini daha yaxşı dərk etməsi baxımından vacibdir.

Azərbaycanda rus dili təhsil sistemində xüsusi mövqeyə malikdir. 1930-cu illərdən başlayaraq sovet dövründə rus dili əsas tədris dillərindən biri kimi istifadə olunurdu. O dövrdə rus bölməsində təhsil alanlar daha çox elmi, siyasi və inzibati sahələrdə karyera qurmağa meylli idilər. Müstəqillik əldə edildikdən sonra Azərbaycan dilinin mövqeyi gücləndirilsə də, rus bölməsi hələ də qorunub saxlanıldı. Son illərdə isə bəzi hallarda bu dilin təhsil sistemindəki rolu mübahisə doğurur.

Kamran Əsədov

– Digər ölkələrdə başqa dildə təhsilə yanaşma necədir?

– Dünya təcrübəsinə nəzər saldıqda, çoxdilli təhsil müxtəlif ölkələrdə fərqli yanaşmalarla həyata keçirilir. Məsələn, Qazaxıstan rus dilində təhsili mərhələli şəkildə azaltmağa çalışır. 2019-cu ildən etibarən rus bölmələrinə yeni qəbulların sayı tədricən azaldılıb, nəticədə qazax dilində təhsil alan şagirdlərin sayı artıb. Qazaxıstan hökuməti bunu milli dəyərləri qorumaq və dövlət dilinin rolunu gücləndirmək məqsədilə həyata keçirir.

– Bəs Baltikyanı ölkələrdə vəziyyət necədir?

– Baltikyanı ölkələrdə daha radikal addımlar atılıb. Estoniya və Latviya 1990-cı illərin əvvəlindən etibarən rus dilində təhsili ciddi şəkildə məhdudlaşdırıb. Hazırda bu ölkələrdə rusdilli məktəblərin sayı minimum səviyyəyə endirilib və yalnız müəyyən icmalarda fəaliyyət göstərir. Bunun əksinə, İsveç və Kanada kimi ölkələrdə çoxdilli təhsil siyasəti yürüdülür. Kanadada ingilis, fransız dillərində paralel təhsil mümkündür və hər iki dilin inkişafı dəstəklənir. İsveçdə isə immiqrant uşaqların ana dillərini qorumaq üçün dövlət tərəfindən xüsusi proqramlar mövcuddur.

– Bakı-Moskva gərginliyi rus dilində təhsilə nə kimi təsir edəcək?

– Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsi rus dilində təhsilə təsir edə bilər. Əgər iki ölkə arasındakı siyasi münasibətlər daha da gərginləşərsə, bu, rusdilli məktəblərin sayının azaldılmasına və rus bölməsində təhsil alanların sayında azalmaya gətirib çıxara bilər. Digər tərəfdən, Rusiya ilə əməkdaşlığın davam etməsi bu dilə tələbatı qoruyub saxlaya bilər. Hazırda konkret olaraq rus bölmələrinin azaldılması ilə bağlı rəsmi qərar yoxdur. Lakin müəyyən sosial tendensiyalar göstərir ki, son illərdə azərbaycanlı ailələrin böyük bir hissəsi uşaqlarını Azərbaycan bölməsinə yönləndirir.

– Rus bölmələrinin sayı azaldılacaq?

– Hesab edirəm ki, Azərbaycanda rus dilində təhsilin davam etməsi müəyyən dərəcədə qaçılmazdır. Çünki bu dil hələ də postsovet məkanında mühüm kommunikasiya vasitəsi olaraq qalır. Digərləri isə hesab edir ki, rus bölmələrinin tədricən azaldılması və milli təhsilin gücləndirilməsi daha məqsədəuyğundur. Bu müzakirələr yaxın illərdə də davam edəcək və burada əsas faktor cəmiyyətin ümumi seçimi və dövlət siyasətinin istiqaməti olacaq.

– Ümumiyyətlə, ölkədə rus dilinə olan münasibətin hansı səviyyədə olduğunu necə bilmək olar?

– Azərbaycanda rus dilində təhsilin gələcəyi bu məsələyə yanaşmadan asılı olacaq. Əgər rus bölməsi təhsil sistemində saxlanılacaqsa, onun məzmununun daha çox milli təhsil konsepsiyasına uyğunlaşdırılması vacib olacaq. Yox, tədricən azaldılacaqsa, bu proses mərhələli və sosial baxımdan qəbul edilən şəkildə aparılmalıdır. Məsələnin həlli üçün ən vacib amil Azərbaycan cəmiyyətinin ehtiyaclarını və gələcək inkişaf strategiyasını nəzərə almaqdır.

Zaira Akifqızı

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:277
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 20 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri